Qadına 15 bıçaq vuraraq öldürən şəxsə AĞIR CƏZA
12:35 29.01.2016
Arxiv
755
Əmri Süleymanov 19 il müddətə azadlıqdan məhrum edilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadına 15 bıçaq vuraraq öldürməkdə təqsirli bilinən Əmri Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Əmri Süleymanov 19 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, keçən il fevralın 14-də Buzovnada "dəniz qırağı" adlanan ərazidən Oğuz rayonunda qeydiyyatda olan, 1968-ci il təvəllüdlü Xatirə Saməddin qızı Rzayevanın meyiti tapılıb. Meyitin üzərində 15 bıçaq zərbəsi aşkarlanıb. Qətlə yetirilən qadının "Mercedes" markalı avtomobili isə meyitin atıldığı ərazidən Şağan qəsəbəsi ərazisində tapılıb.
İstintaqla müəyyən olunub ki, Xatirə Rzayeva yüngül həyat tərzi keçirib. Əməliyyat-istintaq qrupu cinayəti törədən Əmri Süleymanovun kimliyini müəyyənləşdirənə qədər o, ölkədən qaçmağa müvəffəq olub. Əmri Süleymanov qətli törətdikdən sonra Azərbaycandan qaçıb, ayın 17-də isə Moskvada qatardan düşən kimi saxlanılıb.
onu da qeyd edək ki, Əmri Süleymanov evlidir və övladları var. O, bir müddət əvvəl ailəsini ataraq Xatirə Rzayeva ilə yaşayıb. Xatirə Rzayeva öz borclarını ödəmək üçün Əmri Süleymanovu öz maşınını satmağa məcbur edib. Daha sonra tərəflər arasında mübahisə baş verib və Əmri Süleymanov qadını 15 bıçaq zərbəsi ilə öldürüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi