Qanunsuz ov edənlər 62 min manat cərimələndi
06:45 25.08.2017
Arxiv
434
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən "Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, respublika ərazisində çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2017-ci ilin 7 ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 73 vətəndaş saxlanılaraq onlardan 66 ov tüfəngi, 172 patron, 18 ədəd quş və 4 baş heyvan götürülüb.
Qanun pozucuları barəsində protokollar tərtib edilərək 64 nəfərə 62600 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub, 9 fakt üzrə isə təqsirkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.
Eyni zamanda cari ilin ötən dövrü ərzində keçirilən reydlər zamanı Ağstafa rayonu "Yaşıl Göl” istirahət mərkəzində 1 baş qonur ayının, Xaçmaz rayonu "Çənlibel” istirahət mərkəzində 2 baş Dağıstan turunun, Füzuli rayonu "Qarabağ” istirahət mərkəzində 2 baş qonur ayının və 3 baş ceyranın, Şamaxı rayonu "Sevinc” istirahət mərkəzində 2 ədəd şahin və 1 ədəd qırqovul quşlarının, Quba rayonunda 1 ədəd qırğı quşunun, Xəzər rayonu Mərdəkan bağ massivində isə 3 ədəd şahin quşunun qanunsuz olaraq təbiətdən götürüldüyü və saxlanıldığı aşkar edilib.
Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilərək hər biri inzibati qaydada 500 manat məbləğində cərimə olunub, vəhşi quş və heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.
Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol