Qanunsuz tikililərlə bağlı əsas məsuliyyət icra başçılarının üzərinə düşür, çünki...

"Onların razılığı olmadan heç bir tikinti həyata keçirilə bilməz"
Azərbaycandakı qanunsuz tikililərlə bağlı ən çox cinayət işi açılan rayonların siyashısı açıqlanıb. Məlumat görə, cinayət işləri daha çox Xətai və Yasamal rayonları ilə bağlıdır. Digər rayonlar isə Nərimanov, Binəqədi, Suraxanı, Abşeron, Nəsimi və Qaradağdır.
Zaman-zaman qanunsuz tikililərlə bağlı müvafiq tədbilər görülüb və cərimələr tətbiq olunub. Buna rəğmən ölkəmizdə belə tikililərin sayı azalmır. mövcuddur.
Maraqlıdır, qanunsuz tikililərə şəraiti kimlər yaradır?
Sualımızı cavablandıran "Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli "Sherg.az"a söyləyib ki, qanunsuz tikililərlə bağlı əsas məsuliyyət rayon icra hakimiyyətlərinin üzərinə düşür. 
Onun sözlərinə görə, icra hakimlərinin razılığı olmadan heç bir tikinti həyata keçirilə bilməz:
"Neqativ halların çox olmasının səbəbi rayon icra hakimiyyətlərinin məsul şəxsləri və ya icra başçılarının məsələyə ciddi yanaşmamasıdır. Düşünürəm ki, qanunsuz tikililərin qarşısının alınmasının bir çox yolu var, amma bütün məsələlər kompleks şəkildə həll edilsə yaxşıdır. Sözsüz ki, bu proseslərdə rayonun müvafiq hüquq mühafizə orqanlarının, rayon icra hakimiyyətinin memarlıq məsələlərinə baxan məsul şəxslərin, həmçinin ictimaiyyət üzvlərinin günahı var. 
Qanunsuz tikililərlə bağlı problemlərin ictimailləşdirilməsində ziyalıların da dəstəyi olmalıdır, onlar kənarda durub bu məsələni seyr etməməlidirlər. Bir sözlə, bu məsələ ilə bağlı hər bir şəxsin üzərinə məsuliyyət düşür. Amma təbii ki, əsas məsuliyyəti rayon icra hakimiyyətlərinin başçıları və bu işə cavabdeh olan müvafiq sturukturlar daşıyır”.
Yeganə Bayramova