Əslində, Rusiyanın region siyasəti sülhə deyil, yeni münaqişələrin yaranmasına xidmət edir
Qarabağ danışıqlarında yeniliklər gözlənilmir
12:07 27.01.2018
Arxiv
734
Moskva çalışacaq ki, bu il cəbhədə atəşkəsi qorusun
Əslində, Rusiyanın region siyasəti sülhə deyil, yeni münaqişələrin yaranmasına xidmət edir
Əslində, Rusiyanın region siyasəti sülhə deyil, yeni münaqişələrin yaranmasına xidmət edir
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində effektivliyi artırmaq lazımdır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə deyib. XİN rəsmisi bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesində aktivliyi deyil, effektivliyi yüksəltmək lazımdır: "Hesab edirəm ki, hər kəs bununla məşğul olacaq”.
Zaxarovanın açıqlamasına münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, 2016-cı il aprel hərbi eskalasiyasından sonra Kreml münaqişənin həllində əsas moderatorluğu öz üzərinə götürərək, bütün təklif və həll variantlarını tərəflərə özü təqdim edir. Onun sözlərinə görə, Fransa və ABŞ Rusiyanın Ermənistanın maraqlarına cavab verən təkliflərinə etiraz etmirlər:
"Bu iki həmsədr ölkə Rusiyanın təkliflərinə səs verməklə işlərini bitmiş sayırlar. Neçə aydır Ermənistan-Azərbaycan arasında diplomatik danışıqlar gedir. Yəni aktivlik var, amma effektlik isə yoxdur. Effektivliyi artırmaq üçün ilk növbədə Rusiya Ermənistandan işğal olunmuş əraziləri boşaltmağı tələb etməlidir. Əgər il ərzində Rusiya belə bir tələb irəli sürməyəcəksə, danışıqlardan effektivlik gözləməyə dəyməz.
Aparılan diplomatik danışıqlara bir zərbəni də ötən gün AŞ PA-nın sessiyasında Ermənistan prezidenti Serj Sarkisyan vurdu. Sarkisyanın çıxışı sübut etdi ki, bu komanda sülhə və sabitliyə əsas təhdiddir. Danışıqlar prosesində müsbət irəliləyişlər gözlənilmir. Rusiyanın region siyasəti sülhə deyil, yeni münaqişələrin yaranmasına xidmət edir. Minsk Qrupunun bütün fəaliyyətini öz nəzarətinə alan Moskva bu il ərzində çalışacaq ki, cəbhədə atəşkəsi qoruyub saxlasın”.
Ekspertin sözlərinə görə, çox təəssüf ki, ABŞ-ın Cənubi Qafqaz siyasətində Qarabağ münaqişəsi prioritet təşkil etmir:
"Amerikanın əsas diqqəti Gürcüstana və oradakı münaqişələrin həllində rəsmi Tbilisinin siyasətini dəstəkləməyə yönəlib. Vaşinqton Qarabağ probleminin həllində fəaliyyətini təktərəfli artırarsa, Rusiyanın iştirakı olmadan Ermənistana güclü təzyiq edərək, münaqişənin həllinə nail ola bilər. ABŞ-ın bu dəstəyi fonunda Azərbaycanda çox ciddi şəkildə Qərbyönümlü siyasət formalaşar. Rusiyanın ölkəmizə təsiri zəifləyər. Məncə, Azərbaycan bu məsələdə ABŞ və Qərblə təmasları artırmalı və dəstək almalıdır. Nə qədər ki, ABŞ və Qərb seyrçi olacaq, Rusiya işğal olunmuş ərazilərini boşaltmasına imkan verməyəcək”.
Analitik bildirib ki, Kremldən verilən açıqlamalar və Minsk Qrupunun fəaliyyəti, yalnız status-kvonun saxlanmasına hesablanıb:
"Rəsmi Bakı Qarabağ siyasətində kardinal dəyişikliklər etməlidir ki, ABŞ və Avropa ölkələrinin dəstəyini alsın. Hazırda Qərbdən verilən dəstək, yalnız diplomatik etiket xatirinədir. Rusiyanın bütün davranışları, onun Azərbaycanı daha da Qarabağ məsələsində çıxılmaz vəziyyətə salmaqdır. Fikir versək, sentyabr ayından aparılan danışıqlarda əldə olunan razılıqlar, yalnız Ermənistan tərəfindən irəli sürülən təkliflərdir. Bura atəşkəsin qorunub saxlanması və ATƏT-in şəxsi nümayəndəsinin səhra köməkçilərinin sayının artırılması daxildir. Cəbhədə monitorinq qrupunun sayının artırılması da atəşkəsin saxlanmasına və Ermənistana hər hansı təzyiqlərin qarşısının alınmasına yönəlib. Rəsmi Bakı Ermənistana hərbi təzyiqləri artırmalı və snayperlərin fəaliyyətini genişləndirməlidir. İşğalçı ölkə özünü rahat hiss etdikcə, daha da aqressiv siyasət aparacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm