Onlar Bako Saakyanın hərbi xuntasından yaxa qurtarmaq niyyətindədirlər
Qarabağ erməniləri bezib
Artıq ermənilər rejimin uydurduğu “Azərbaycan qorxusu” mifinin yalan olduğunu anlayırlar
Onlar Bako Saakyanın hərbi xuntasından yaxa qurtarmaq niyyətindədirlər
Onlar Bako Saakyanın hərbi xuntasından yaxa qurtarmaq niyyətindədirlər
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin çöküşü sürətlənir. Erməni siyasi şərhçi Tevos Arşakyan bildirib ki, İrəvanda baş verən inqilabdan sonra Xankəndindəki ermənilər də illərdir üzərlərində olan qorxu atmosferini dağıda biliblər. Məhz bu səbəbdən separatçı rejim qorxuya düşüb. Artıq ermənilər rejimin uydurduğu "Azərbaycan qorxusu” mifinin yalan olduğunu anlayırlar.
Müharibə və qan üzərində hakimiyyətə gələn "Qarabağ klanı” insanları daim qorxu altında saxlayıb. "Biz olmasaq, türklər sizi öldürəcək” kimi şüarlarla həqiqəti blokadada qalmış ermənilərdən gizlədilirdi. Lakin zaman keçdikcə Azərbaycanın deyil, amansız rejimin əsas təhlükə olduğu ortaya çıxdı və insanlar süni yaradılmış qorxunu dəf etdilər. Dağlıq Qarabağ erməniləri sözün həqiqi mənasında Bako Saakyanın hərbi xuntasından yaxa qurtarmaq niyyətini ortaya qoydu. Ötən gün iftar məclisində məsələyə xüsusi diqqət yönəldən Prezident İlham Əliyev bir daha bəyan etdi ki, dəfələrlə dünyanın ən ali kürsüsündən Ermənistanın kriminal rejimini ifşa edib. Onları Xocalı soyqırımında, hərbi cinayətlərdə suçlayıb.
Dövlət başçısı Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, quldur rejim adlandırıb: "Bütün bunlar həqiqətdir. İndi bu həqiqəti erməni xalqı da deyir. Nəhayət, ermənilər anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib. O kriminal xunta rejimi ki, ancaq öz maraqlarını güdür. O rejim ki, onun yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistan bu acınacaqlı vəziyyətə düşüb. Ermənistanda iqtisadi və demoqrafik böhran yaşanır, ölkə boşalır. İnkişaf üçün heç bir perspektiv yoxdur. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edib. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək”.
Prezidentin toxunduğu məqamla bağlı "sherg.az”a danışan millət vəkili Aydın Hüseynov söyləyib ki, işğalçı ölkə heç bir beynəlxalq kommunikasiyalara, ticarət yollarına, əlaqələrə çıxışı olmadığı üçün bərbad vəziyyətdə qalıb. Deputatın sözlərinə görə, Ermənistanı bürüyən aclıq yüksək həddə çatdığına görə, hər il yüz mindən çox insan baş götürüb qaçır: "Ermənistanın iqtisadiyyatı ianələr, xarici diasporanın yardımları və dilənçilik hesabına ayaqda durur. Ermənistanın əsas gəlir mənbələri eks-prezident Serj Sarkisyan və onun quldur dəstəsinin əlindədir. Onlar hakimiyyətdən uzaqlaşdırıldığına görə, kapitallarını ölkədə təcili şəkildə çıxarıblar.
Nəticədə Ermənistan gəlir mənbələrindən məhrum olub. Üstəlik, düşmən regiondakı layihələrdən təcrid olunub, özünün işğalçılıq siyasəti sayəsində blokadaya düşüb. Ermənistan heç bir beynəlxalq kommunikasiyalara, ticarət yollarına, əlaqələrə çıxışı olmadığı üçün ölkə çıxılmaz vəziyyətdə qalıb. Ermənistanı bürüyən aclıq yüksək həddə çatdığına görə, hər il yüz mindən çox insan baş götürüb qaçır. Bütün bəlaların arxasında isə düşmənin işğalçılıq siyasəti dayanır. Ermənistan problemi sülh yolu ilə həll edə bilməsə, bütün proseslər özünün son həddinə çatacaq”. A.Hüseynov Prezident İlham Əliyevin fikirlərini də xatırladıb və əlavə edib ki, Ermənistan qoşunları qeyd-şərtsiz işğal edilmiş ərazilərdən çıxmalıdır: "Yalnız bu təqdirdə bölgədə sülh və sabitlik təmin edilər, Ermənistan regiondakı iri layihələrə qoşular. Rəsmi İrəvan bu yolu tutmasa, yaxın gələcəkdə daha böyük uçuruma düşəcək”.
Millət vəkili Adil Əliyev də "sherg.az”a bildirib ki, Prezident İlham Əliyevin söylədiyi kimi Ermənistanın uzun müddət blokadada qalması onu daxilən çökdürür. Parlament üzvünün sözlərinə görə, Ermənistandakı hakimiyyət dəyişikliyi, yaranmış acınacaqlı durum Azərbaycanın uzun illərdir apardığı mübarizənin nəticəsidir: "Dağlıq Qarabağda baş verən etiraz aksiyalarının nəticələri daha ağır olacaq. Çünki Paşinyan insanları meydanlara toplayıb, çoxlu vədlər səsləndirdi. İş yerlərinin açılması, maaşların yüksəlməsi, iqtisadi inkişaf sözləri verirdi. Lakin erməni xalqı vədlərə əməl edilməsinin mümkün olmadığını dərk edir. Çünki Ermənistanda bu perspektiv yoxdur. Düşmən ölkənin başqa xarici ölkələrdən siyasi və iqtisadi cəhətdən asılı olması problemləri daha da dərinləşdirir. Rusiya, Amerika və Avropa Ermənistana təkbaşına havadarlıq etmək istəyir. Ona görə, Ermənistandakı hazırkı acınacaqlı durum bizi qane edir. Proseslər isə bundan sonrakı zamanda daha ağır vəziyyət yaranacağını göstərir”.
İsmayıl