“Amerikanları və avropalıları da həmin yerlərə gətirmək lazımdır” “Amerikanları və avropalıları da həmin yerlərə gətirmək lazımdır”
Qarabağ münaqişəsi ətrafında mürəkkəb vəziyyət yaranıb
“Rusiya-Azərbaycan ekspertlərinin Cocuq Mərcanlıda görüşməsi olduqca mühüm hadisədir”
“Amerikanları və avropalıları da həmin yerlərə gətirmək lazımdır” “Amerikanları və avropalıları da həmin yerlərə gətirmək lazımdır”
“Amerikanları və avropalıları da həmin yerlərə gətirmək lazımdır” “Amerikanları və avropalıları da həmin yerlərə gətirmək lazımdır”
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində "Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə tərəfdaşıdır” adlı konfrans keçirilib. Azərbaycanın və Rusiyanın deputatlarından və tanınmış ekspertlərindən ibarət nümayəndə heyətinin iştirak etdiyi konfransın əsas məqsədi Azərbaycan-Rusiya əlaqələrinə, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməkdən ibarət olub. Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin cəbhə xəttində konfransın keçirilməsi ideyasının yaranmasından danışıb.
O, Rusiya və Azərbaycan prezidentlərinin iradəsi nəticəsində ölkələrimiz arasında münasibətlərin daha da yaxınlaşdığını diqqətə çatdırıb. "Rusiya-Azərbaycan münasibətləri təkcə bizim liderlərimizin dostluğu deyil, bu, əsrlərboyu qorunub saxlanılan münasibətlərdir” deyən BAH-ın lideri bildirib ki, konfrans iştirakçıları Moskva-Bakı oxuna daha da güclü təkan verməyi planlaşdırır. Aleksandr Duqin Azərbaycanın Cənubi Qafqazda Rusiyanın yeganə tərəfdaşı olduğunu vurğulayıb: "Hazırda Qarabağda olmağımız təsadüfi deyil.
Rusiya Federasiyası Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir, bu, dünya birliyinin də mövqeyidir. Qarabağdan azərbaycanlılar qovulduqdan sonra "DQR” heç vaxt legitim hesab oluna bilməz. Əvvəl Azərbaycan, Ermənistan və Rusiya belə qərara gəlmişdi ki, ilkin olaraq 5 rayon qeyd-şərtsiz Azərbaycana qaytarılsın. Bu, sülhə yol açan ən yaxşı variantdır. Ermənistanın indiki hökuməti buna real yanaşaraq, razılaşmaya sadiq olmalıdır. Sülhün yeganə rolu budur”.
Cocuq Mərcanlı konfransı barədə "Şərq”ə fikirlərini bölüşən politoloq Tofiq Abbasov deyib ki, hazırda Dağlıq Qarabağ münaqişəsi ətrafında çox mürəkkəb bir vəziyyət yaranıb. Bu baxımdan Rusiya-Azərbaycan ekspertlərinin Cocuq Mərcanlıda görüşməsi olduqca mühüm hadisədir:
"Xeyli müddətdir rusiyalı ekspertlər, siyasi xadimlər müəyyən bəhanələrlə, üsullarla işğalçı siyasət yeridən Ermənistanı müdafiə edir, ona bəraət qazandırmağa çalışırlar. Ancaq son həftələr verilən açıqlamalarda Rusiyanın siyasi dairələri etiraf edirlər ki, Qarabağ münaqişəsi nəinki Azərbaycan və Ermənistan, ümumiyyətlə, region üçün ciddi başağrısı verən məsələdir. Son dönəmlər münaqişənin həlli ilə bağlı ciddi götür-qoy edən Moskva rəsmiləri öz fikirlərində dəyişiklik edirlər. Kremlə yaxın politoloqlar və Dövlət Dumasının bəzi deputatları açıq şəkildə Ermənistanı tənqid edir, İrəvanın geri addım atmasının zəruri olduğunu söyləyirlər. Görünən odur ki, bundan sonra Moskva işğalçı Ermənistana kortəbii dəstək verməyəcək.
Lakin Rusiyanın hakim dairələri narahatlıq duyduqları məsələnin müsbət həlli üçün ilk növbədə düşmən ölkənin yeni hakimiyyətini başa salmalıdır. Hər halda indiki mövqe dəyişikliyini Azərbaycan diplomatiyasının uğuru saymaq daha doğru olar”.
Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Rusiya hər dəfə bizi inandırmağa çalışır ki, Moskva Azərbaycanın dostu, hətta qardaşıdır.
Ekspertin fikrincə, tarixdə Rusiya imperiyasının, ardınca SSRİ-nin və müstəqil Rusiyanın Azərbaycan torpaqlarını parça-parça necə Ermənistana ötürdüyünü, azərbaycanlıların Ermənistandan köçürülməsinə dəstək verdiklərini, nəhayət, Dağlıq Qarabağın separatçıların əlinə keçirilməsi üçün canfəşanlığını unutsaq belə iddia edildiyi kimi Moskvanın bu gün Azərbaycanın yanında olduğuna dəlalət edən heç bir işarət yoxdur: "Əlbəttə, bir qrup rusiyalı ekspert var ki, Rusiyanın Azərbaycanın yanında olduğunu iddia edir, Cocuq Mərcanlıya səfər edərək Azərbaycanın lehinə açıqlamalar verirlər.
Sağ olsunlar, heç olmazsa, Moskvada bizim də sözümüzü deyənlər tapılıb, içərilərində deputatlar da var. Ancaq elə onlardan biri Cocuq Mərcanlıda etirafını da dilə gətirib, deyib ki, "çox təəssüf ki, Rusiya KİV-ləri qafqazfob və türkfob güclər tərəfindən idarə olunur”.
Yalnız KİV-lər deyil, reallıq odur ki, Kremldə və Rusiya Xarici İşlər Nazirliyində də güclər nisbətinin Azərbaycanın lehinə dəyişdiyini söyləmək erkəndir. Ancaq bu o demək deyil ki, bu mərkəzlərlə iş aparılmamalıdır. Bütün hallarda rusiyalı ekspertlərin və deputatların Lələtəpəyə və Cocuq Mərcanlıya gəlmələrini pozitiv qiymətləndirirəm. Amerikanları və avropalıları da həmin yerlərə gətirmək lazımdır”.
"Cocuq Mərcanlıya gələn rusiyalı ekspertlər, deputatlar birbaşa Rusiyanın rəsmi mövqeyini əks etdirmir”. Bunu isə "Sherg.az”a Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqinin "Rusiya Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir, bu, dünya birliyinin də mövqeyidir” iddiasına münasibət bildirərkən professor, politoloq Fikrət Sadiqov deyib. Onun sözlərinə görə, ölkəyə gələn siyasətçilərin arasında Kremlə yaxın siyasətçi də yer alıb:
"Bu o deməkdir ki, Rusiya rəhbərliyində Azərbaycanla bağlı mövqelər müsbətdir. Bu yaxşı haldır. Belə müsbət yanaşmalar diplomatik fəaliyyətimizin nəticəsidir. İstənilən halda bu rəsmi Moskvanın konkret mövqeyi deyil. Cocuq Mərcanlıda keçirilən tədbir ona işarədir ki, ruslar Azərbaycan torpaqlarının zəbt olunduğunu təsdiq edirlər. Rusiyalı ekspertlər bilirlər ki, işğal altındakı torpaqlar Azərbaycana qaytarılmalıdır. Ölkəmizə gələn rus deputatların bundan sonra da fəaliyyətinin davam etdirilməsini istərdim. Xüsusilə, Ermənistana edilən ictimai, siyasi təzyiq güclənməlidir.
Ölkəmiz haqqında müsbət fikirdə olan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın mövqeyinə uyğun həll edilməsinin tərəfdarı olan deputat və ekspertlərin Rusiya cəmiyyətində çəkisi böyükdür. Digər tərəfdən Ermənistanın özündə dəyişikliklər baş verir. Orada qərbyönümlü nazirlər vəzifələrə gəlib, Rusiyaya qarşı ifadələr səsləndirilir. Ola bilər, Azərbaycanda sərt bəyanatlar səsləndirən deputatlar Ermənistana mesaj ünvanlamağa çalışır.
Demək istəyirlər ki, əgər Ermənistan qərbə meyl edirsə, Rusiya da Azərbaycanın mövqeyini dəstəkləyə bilər. Bu proseslərin müəyyən ssenari daxilində həyata keçirilməsi istisna deyil. Bütün hallarda, səsləndirilən ifadələr Azərbaycanın mövqeyinə xidmət edir. Amma vaxtaşırı tədbirlər, konfranslarla kifayətlənməməliyik”.
Aleksadr Duqinin "Əvvəl Azərbaycan, Ermənistan və Rusiya belə qərara gəlmişdi ki, ilkin olaraq 5 rayon qeyd-şərtsiz Azərbaycana qaytarılsın” fikirlərinə gəlincə, politoloq bu razılaşmanın baş tutmamasının səbəblərini izah edib:
"Madrid prinsipləri”nə görə, Ermənistan Qarabağ ətrafında yerləşən 5 rayon Azərbaycana qaytarılmalı idi. Vaxtilə Minsk qrupu tərəfindən təklif edilən, Serj Sarkisyanın hətta imzaladığı razılaşma idi. 5 rayonun mərhələli şəkildə qaytarılmasından sonra Laçın və Kəlbəcər də müəyyən şərt daxilində qaytarılacaqdı. Lakin son məqamda rəsmi İrəvan şərt qoydu ki, Azərbaycan Dağlıq Qarabağı tanımalıdır. Bu şərt isə bizim maraqlarımıza zidd olduğuna görə heç vaxt razılaşa bilmərik”.
İsmayıl