Qarabağ və Çernobıl əlillərinə, şəhid ailələrinə mənzillər və avtomobillər verilib
13:14 01.08.2018
Arxiv
1288
Bu gün Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi olub.
"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət başçısına məlumat verib ki, nazirlik "ŞA İnşaatçı” Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunan binadan ümumilikdə 35 mənzili satın alıb. Bu mənzillərdən 23-ü Qarabağ müharibəsi əlillərinə, 12-si isə şəhid ailələrinə verilir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mənzillərdə yaradılan şəraitlə tanış olublar.
Daimi qaz, su və işıqla təchiz edilən mənzillər yüksək səviyyədə təmir olunub, bütün zəruri avadanlıq, o cümlədən mətbəx mebeli quraşdırılıb. Bundan başqa, mənzillərdə kombi sistemi də qurulub.
Sonra dövlət başçısı əlil və şəhid ailərinin üzvləri ilə görüşüb.
Prezident İlham Əliyev mənzillərin sənədlərini və avtomobillərin açarlarını sahiblərinə təqdim edib.
Ümumilikdə, 136 vətəndaşa "Khazar LX” avtomobili verilib. Onlardan 110-nu ərazi bütövlüyümüzün və müstəqilliyimizin müdafiəsi zamanı əlil olmuş şəxslər, 26-sı isə Böyük Vətən Müharibəsi və Çernobıl əlilləridir. "Khazar LX” avtomobilləri Neftçala Sənaye Parkında fəaliyyət göstərən "Azərmaş” MMC tərəfindən istehsal olunub. Sosial məsuliyyət prinsipləri çərçivəsində şirkət əlavə olaraq 3 avtomobil də təqdim edib.
*** 11:53
Bu gün Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi olub.
"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya