Sərdar Cəlaloğlu: “Dağlıq Qarabağda yaşayan ermənilər həyat tərzlərindən narazıdırlarsa, Azərbaycana birləşmək uğrunda mübarizə aparmalıdırlar”
Qarabağdakı etirazlar normaldır
06:40 07.06.2018
Arxiv
448
İllərdi separatçılar ordakı əhaliyə qan uddurur
Sərdar Cəlaloğlu: “Dağlıq Qarabağda yaşayan ermənilər həyat tərzlərindən narazıdırlarsa, Azərbaycana birləşmək uğrunda mübarizə aparmalıdırlar”
Sərdar Cəlaloğlu: “Dağlıq Qarabağda yaşayan ermənilər həyat tərzlərindən narazıdırlarsa, Azərbaycana birləşmək uğrunda mübarizə aparmalıdırlar”
Araz Aslanlı: "Onların normal həyat sürməsinə, normal fəaliyyət və hərəkət azadlığına imkan verilmir”
Dağlıq Qarabağda yaşayan ermənilərin qondarma rejimə qarşı başlatdığı aksiyalar geniş vüsət alıb. Bəzi ekspertlərə görə, İrəvanda formalaşmış yeni hakimiyyətin oyunudur. Bu mitinqlər kortəbii xarekter daşımır və konkret bir mərkəzdən idarə olunur. Məqsəd isə qondarma qurumun başında duran Bako Saakyanı Nikol Paşinyanın hakimiyyətinə xidmət edəcək başqa biri ilə əvəz etməkdir.
Paşinyanın Qarabağa səfərini bitirməsindən sonra bu aksiyaların başlaması onu deməyə əsas verir ki, Paşinyan Saakyandan istədiyi dəstəyi almayıb. Aydın məsələdir ki, Bako Saakyan Serj Sarkisyanın başında durduğu Qarabağ klanının üzvüdür. Ancaq İrəvanda hakimiyyəti itirmiş Qarabağ klanı Xankəndini də əldən vermək istəmir. Bu aksiyalar göstərir ki, Qarabağdakı qondarma rejimin heç bir müstəqil hakimiyyətindən söhbət getmir və onlar İrəvandakı hakimiyyətin köləsidir. Əksər siyasilərə görə, etirazçılar içində Azərbaycana rəğbət bəsləyənlər var. Azərbaycan tərəfi daim Qarabağdakı erməniləri öz vətəndaşı hesab etdiyini və onların təhlükəsizliyinə təminat verərək yüksək statuslu muxtariyyətlə təmin etməyə hazır olduğunu bildirib. Qarabağdakı ermənilər İrəvanın əmrinə o halda itaət edirdilər ki, Ermənistanın sükanı onların əlində idi. Təbii ki, bu vəziyyətlə Ermənistanda yaşayan ermənilər razılaşmaq istəmirdilər və elə son üsyanla da bu vəziyyətə son qoydular. Hazırda Ermənistanda Qarabağ ermənilərinin kütləvi şəkildə vəzifədən qovulması prosesi gedir. Hökumətin son tərkibi də buna misal ola bilər. Yeni rejim Qarabağı Ermənistanın hüquqsuz bir əyalətinə çevirmək istəyir. Analitiklərə görə, Qarabağda oturan ermənilər bu barədə ciddi düşünməlidir. Kasıb Ermənistanın tərkibində hüquqsuz qalmaqdansa, zəngin Azərbaycanın tərkibində yüksək muxtariyyət almaq daha yaxşıdır. Onsuz da dünya birliyi Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır.
Mövzunu "Şərq”ə dəyərləndirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, əgər Dağlıq Qarabağda yaşayan ermənilər həyat tərzlərindən narazıdırlarsa, o zaman Azərbaycana birləşmək uğrunda mübarizə aparmalıdırlar:
"Nə qədər ki, ermənilər Qarabağın Azərbaycanın nəzarətində olmasına maraq göstərmirlər, o zamanadək təcavüzkar erməni rejiminin əsarətində yaşamağa məcburdurlar. Zənn edilir ki, mərkəzi hökumət Qarabağa öz adamlarını yerləşdirmək üçün belə bir proses başladıb. Faktiki olaraq total şəkildə ermənilərin idarəetməsini dəyişdirmək istəyirlər. O baxımdan Qarabağda ermənilərin etirazını hansısa demokratik proses kimi dəyərləndirmək düzgün deyil”.
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı isə bildirib ki, Qarabağdakı ermənilər illərdir işğalçı ordunun nəzarəti altında məcburi şəkildə saxlanılır:
"Onların normal həyat sürməsinə, normal fəaliyyət və hərəkət azadlığına imkan verilmir. Ona görə də insanların buna etiraz etməsi normaldır. Amma bu etirazların görüntü məqsədi ilə olması da istisna edilməməlidir. Çünki qondarma rejimə kənar amillərin təsiri daha güclüdür. Paşinyanla da Xankəndində baş verən aksiyaların müəyyən əlaqəsi ola bilər. Doğrudur, Paşinyan maraqlıdır ki, burada etirazlar baş versin və hansısa dəyişiklik olsun. Amma baş nazirin maraqlı olması o demək deyil ki, Qarabağdakı insanları nəzarətdə saxlayanlar tamamilə devriləcək və azad bir idarəetmə başlayacaq. Məncə, zahiri dəyişiklik olsa belə mahiyyət dəyişməyəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya