Dmitri Medvedev: “Rusiya BMT Təhlükəsizik Şurasının və ATƏT-in Minsk Qrupunun üzvü kimi münaqişənin həllinə çalışır”
Qarabağdakı son durum müzakirə olundu
İlham Əliyev: “İnanırıq ki, “status-kvo” dəyişəcək, Azərbaycan torpaqları işğaldan azad ediləcək”
Dmitri Medvedev: “Rusiya BMT Təhlükəsizik Şurasının və ATƏT-in Minsk Qrupunun üzvü kimi münaqişənin həllinə çalışır”
Dmitri Medvedev: “Rusiya BMT Təhlükəsizik Şurasının və ATƏT-in Minsk Qrupunun üzvü kimi münaqişənin həllinə çalışır”
Dünən Azərbaycan Prezidenti İlham Əliyev ilə ölkəmizdə səfərdə olan Rusiyanın Baş naziri Dmitri Medvedyev arasında təkbətək görüş olub. Dövlət başçısı İlham Əliyev təkbətək görüşdə iki ölkə arasında münasibətlərin dinamik inkişaf etdiyini deyib: "İki ölkə arasında ticarət dövriyyəsi obyektiv səbəbdən bir qədər aşağı düşüb. Nəqliyyat və energetika sahəsində çox böyük imkanlar var. Humanitar sahədə də böyük imkanlar və nəticələr var. Biz görüşdə iqtisadi-ticarət əlaqələri, siyasi münasibətləri geniş müzakirə edəcəyik”.
Rusiyanın Baş naziri Medvedyev də bildirib ki, təkbətək görüşdə regional məsələlərə də toxunulub: "Ölkələrimiz arasında strateji tərəfdaşlıq mövcuddur. İqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi mümkündür. Keçən il ticarət dövriyyəsi müəyyən qədər azalıb. Bu, ölkələrin ixrac etdiyi məhsulların qiyməti ilə əlaqədar olub. Bir çox layihələri həyata keçirmək olar. Humanitar məsələləri də müzakirə edəcəyik”.
Biz, sadəcə, torpaqlarımızı və mülki şəxslərimizi qoruyuruq
Medvedyevlə təkbətək görüşdən sonra Prezident İlham Əliyev və Rusiyanın Baş nazirinin birgə iştirakı ilə mətbuat konfransı keçirilib. Prezident Baş nazirin Azərbaycan səfərinə böyük önəm verdiyini bəyan edib: "Biz bu səfərə böyük önəm veririk. Görüşdə ölkələr arasındakı münasibətlər, regional məsələlər, o cümlədən Dağlıq Qarabağda baş verən son hadisələr detallı şəkildə müzakirə olundu”. Dövlət başçısı bildirib ki, bu səfər Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin növbəti təzahürüdür: "Dmitri Medvedyevin Azərbaycana səfəri münasibətlərə verilən önəmi göstərir. Uzun müddətdir, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, o cümlədən ətrafdakı 7 rayon işğal altındadır, 1 milyondan çox məcburi köçkün və qaçqın var. Münaqişənin tənzimlənməsi ilə bağlı mexanizm və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Təəssüf ki, bu qətnamələr yerinə yetirilmir. Rusiya BMT Təhlükəsizlik Şurasının və ATƏT-in Minsk Qrupunun üzvü kimi mühüm ölkədir. Azərbaycan atəşkəsə əməl edir, Ermənistanın da atəşkəsə əməl edəcəyinə ümidvardır. Ermənistanın Azərbaycanı eskalasiyada günahlandırması əsassızdır. Biz, sadəcə, torpaqlarımızı və mülki şəxslərimizi qoruyuruq. Azərbaycan münaqişənin sülh yolu ilə həllində maraqlıdır və danışıqlar prosesini davam etdirəcəyik. Minsk Qrupunun həmsədrlərinin bölgəyə son səfərini dəstəkləyirik. İnanırıq ki, "status-kvo” dəyişəcək, Azərbaycan torpaqları işğaldan azad ediləcək. Bundan sonra region çiçəklənəcək, bütün region ölkələri inkişaf edəcək”.
"Ölkələr arasında bütün sahələr üzrə münasibətlər inkişaf edir”
Prezident İlham Əliyev söyləyib ki, Azərbaycanla Rusiya arasında bütün sahələr üzrə münasibətlər, iqtisadi əlaqələr yüksəkdir. Medvedyevin səfəri bu münasibətlərin iki ölkə üçün əhəmiyyətini göstərir. Rusiya dövləti və xalqına rifah arzulayıram.
"Son günlər münaqişə zonasında gərginliyin azalması müşahidə olunur”
Azərbaycan rəhbəri bəyan edib ki, Medvedyevin səfəri Dağlıq Qarabağ münaqişəsində vəziyyətin gərginləşməsi fonunda baş tutub: "Təəssüflər olsun ki, uzun illərdir bu problem öz həllini tapmır. Vaxtaşırı erməni tərəfinin təxribatları ilə üzləşirik. Gərginliyin azaldılması üçün vaxtında və operativ addımlar atdığına görə Rusiya rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm”. Prezident İlham Əliyev Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qərarlarına əsaslanaraq danışıqlar yolu ilə həllinə sadiq olduğunu vurğulayıb.
"Rusiya Azərbaycan və Ermənistan qədər münaqişənin həllində maraqlıdır”
Rusiyanın Baş naziri Dmitri Medvedyev deyib ki, Rusiya-Azərbaycan münasibətləri strateji, qarşılıqlı faydalı xarakter daşıyır. Baş nazir bildirib ki, iqtisadi əlaqələrin və investisiya qoyuluşlarının daha da inkişaf etdirilməsi çox vacibdir: "Bizim böyük enerji və nəqliyyat layihələrimiz var. Xəzər dənizində və regionunda əməkdaşlıq önəmlidir. Elektroenergetika və humanitar sahələrdə əməkdaşlıq da mühüm istiqamətlərdir. Turizmin inkişafı da gündəlikdə duran məsələdir. Bu səfər nəzərdə tutulmuşdu, ancaq son hadisələrlə əlaqədar səfər daha tez həyata keçirildi və bu, doğru addımdır”. Medvedyev bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsini dəstəkləyir: "Münaqişənin sülh, danışıqlar yolu ilə həllinin alternativi yoxdur və kompromislər yolu ilə həll edilməlidir. ATƏT-in Minsk Qrupunun üzvü kimi bu istiqamətdə səylərimizi davam etdiririk. İnanırıq ki, bu səylər etimadın bərpa olunmasında və münaqişənin həllində rol oynayacaq. Rusiya Azərbaycan və Ermənistan qədər münaqişənin həllində maraqlıdır”.
"Cəbhədəki vəziyyət bizi narahat edir”
Rusiyanın Baş naziri təəssüflə vurğulayıb ki, hazırda cəbhə xəttində vəziyyət gərginləşib: "Bu vəziyyətin bizi narahat etdiyini gizlətmirəm. Bizim üçün hər iki ölkə ilə münasibətlər olduqca əhəmiyyətlidir. Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsi zonasında davamlı sülh bərqərar olacaq. Rusiya bundan sonra da münaqişənin nizamlanması üçün əlindən gələni edəcək”.
İsmayıl