Qardaşlıq beynəlxalq aləmdə özünü göstərməlidir
09:11 06.07.2018
Arxiv
546
Azərbaycan və Türkiyə diaspor təşkilatları birgə fəaliyyət göstərmək barədə razılıq əldə edib
Azərbaycan və Türkiyə diaspor təşkilatları birgə fəaliyyət göstərmək barədə razılıq əldə edib. Bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib. Onun sözlərinə görə, Türkiyə və Azərbaycan diasporlarının, xaricdə və digər ölkələrdə yaşayan təşkilatların birgə fəaliyyəti istiqamətində artıq razılığa gəlinib:
"Türkiyə və Azərbaycanda əmin-amanlıq var. Bu əmin-amanlığı qoruyub saxlamalıyıq. Bu baxımdan istər Azərbaycanda yaşayan türk qardaş və bacılarımız, istərsə də Türkiyədə yaşayan azərbaycanlılar özlərini rahat hiss edirlər. Azərbaycanlılar orada bir çox sahələrdə böyük nailiyyətlərə imza atıblar”. Türkiyəli millət vəkili, əslən azərbaycanlı Şamil Ayrım da ortaq diaspora fəaliyyətinin üstünlüyündən və Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışıb.
Deputat bildirib ki, iki qardaş ölkə arasında münasibətlərin möhkəmlənməsi üçün əlindən gələni edəcək: "Həmişə olduğu kimi bundan sonra da Türkiyə bütün istiqamətlərdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəkləyəcək”.
Ayrım əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi hər zaman onun diqqət mərkəzində olacaq: "Hamıya məlumdur ki, Ermənistan işğalçıdır və işğal edilmiş Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir”. Ekspertlərə görə, iki qardaş ölkənin hər sahədə olduğu kimi diaspora sahəsində də dünyanın hər yerində ortaq fəaliyyət göstərməsini bir çox problemlərin həllinə gətirib çıxaracaq.
Razılıqla bağlı fikirlərini "Şərq”ə bölüşən tanınmış siyasi ekspert Əhəd Məmmədli Azərbaycan-Türkiyə diaspora fəaliyyətinin birgə aparılmasının təqdirəlayiq olduğunu deyib. Onun sözlərinə görə, iki qardaş ölkə diasporalarının birlikdə işləməsi çox vacibdir:
"Tezliklə operativ iş bölgüsü quraraq real fəaliyyətə başlamaq lazımdır. Sözdə birlik çağırışı ilə kifayətlənmək olmaz, əməli fəaliyyətə keçməliyik. Hər iki ölkənin imkanı var ki, dünya miqyasında birlikdə güclü lobbi təşkilatları formalaşdırsınlar. Ümid edirəm, bu yöndə çox yaxın zamanlarda ciddi nəticələr olacaq. Təəssüflər olsun ki, hazırda Azərbaycan diasporası çox dağınıq vəziyyətdədir. Diaspora işləri yenidən formalaşmalıdır.
İlk olaraq da bu işə Rusiyadan başlanılmalıdır. Çünki Rusiya Azərbaycan üçün vacib ölkədir. İndiki zamanda, Rusiya-Ermənistan münasibətlərinin az da olsa gərginləşdiyi dövrdə Azərbaycan diasporu Rusiyada işini daha da gücləndirməlidir. Rusiya mühitində çox işləməlidir. Demək istədiyim odur ki, Azərbaycan-Türkiyə diaspor təşkilatları Rusiyada da güclü Ermənistan diasporasına qarşı alternativ gücə çevrilməlidirlər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat