Qatar qadını vurub öldürdü




Gəncədə qatar qadını vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncənin Poçt qəsəbəsi adlanan ərazisində nizamlanan dəmir yolu keçidinin bir neçə metrliyində qeydə alınıb. 

Yaşı təxminən 65-70 arası olan qadını hərəkətdə olan elektrovoz vurub. Hələ ki, şəxsiyyəti məlum olmayan qadın hadisə yerində ölüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırma gedir.