"Hazırda dəmir yol daşımalarında xərclərin artması müşahidə edilmir. Bu baxımdan da qiymət artımlarının heç bir iqtisadi əsası yoxdur. Çünki bu sahədə xərclər atırılmayıb və ya başqa bir yenilik edilməyib, bunun üçün də dəmir yollarında qiymət artımı arzuolunan deyil. Sərnişin daşımalarda qiymətlərin artırılması sərnişin üçün əlavə xərcin yaranmasına cətirib çıxaracaq. ADY QSC dəmir yolunda xidmət edən yeganə qurumdur.
Qatarlarda gediş haqqının artırılması digər sərnişin daşımalarına təsir göstərəcəkmi ?
11:15 27.07.2018
Arxiv
922
Bu gündən etibarən ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqı tariflərində bəzi dəyişikliklər ediləcək."Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, plaskart və kupe vaqonlarda alt və üst yerlərə, SV tipli vaqonlara olan tələbatın tənzimlənməsi məqsədi ilə gediş haqları orta hesabla 10 faiz artırılacaq.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov "Sherg.az”a bildirib ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyəti (ADYQSC) tələbin yüksək olması ilə əlaqədar olaraq qiymələrdə məyyən artırılmaların olduğunu iddia edir. Amma reallıqda qiymət artımı xərclər olduqda baş verə bilər:
"Hazırda dəmir yol daşımalarında xərclərin artması müşahidə edilmir. Bu baxımdan da qiymət artımlarının heç bir iqtisadi əsası yoxdur. Çünki bu sahədə xərclər atırılmayıb və ya başqa bir yenilik edilməyib, bunun üçün də dəmir yollarında qiymət artımı arzuolunan deyil. Sərnişin daşımalarda qiymətlərin artırılması sərnişin üçün əlavə xərcin yaranmasına cətirib çıxaracaq. ADY QSC dəmir yolunda xidmət edən yeganə qurumdur. O baxımdan onların tarif tənzimləməsi tələb əsasında müəyyənləşməməlidir. Əgər burada digər şirkətlər də olsa, bu zaman qiymət artımını tələbə əsasən müəyyənləşdirmək olardı. Amma indiki halda tələbə uyğun qiymət dəyişimi arzuolunan deyil. Bu konteksdə qiymət artımı üçün iqtisadi zəmin yoxdur”.
Sürət və sərnişin qatarlarında gediş haqqının bahalaşdırılmasının digər nəqliyyat daşımalarına təsirinə gəlincə, V. Bayramov qeyd edib ki, digər sərnişin daşımalarda, xüsusən də metroda qiymətlər Tarif Şurası tərəfindən tənzimlənir:
"Dəmir yolu üzrə sərnişindaşımalarda artım digər nəqliyyat vasitələrində artımın olmasına şərait yaratmamalıdır. İndiki məqamda ictimai nəqliyyatda qiymət artımları xoşagələn deyil. Buna görə də belə bir addımın atılması doğru olmaz”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm