Qazaxıstandan Moskvaya qarşı sərt qərar - Rusiya Baykonurdan çıxarılır
12:57 11.04.2019
Arxiv
464
Qazaxıstanın dövlət orqanları, Baykonur kosmodromunu Rusiyanın icarəsindən çıxarmağı nəzərdən keçirir. "Sherg.az” "İnterfaks"a istinadən məlumat verir ki,
bu haqda Qazaxıstanın Elektronlaşdırma, Müdafiə və Aviasiya Sənayesi nazirinin müavini Marat Nurgorjin Senatın iclasında bildirib.
"Əvvəllər "Roskosmosun” rəhbərliyi ilə bu məsələləri şifahi olaraq müzakirə etdik. Kosmodromun çatışmazlıqları və mənfi cəhətləri var" - deyən nazir müavini əlavə edib ki, Baykonurun hüquqi baxımdan Rusiyadan tədricən çıxarılması nəzərdə tutulur.
Bundan əlavə, Senat Rusiya ilə Qazaxıstan arasında Baykonurun statusu ilə bağlı sazişə dəyişiklik edilməsi barədə protokol qəbul edib. Protokol 2016-cı ildə Sankt-Peterburqda tərəflər arasında imzalanmışdı. Sənədə əsasən şəhərdə maliyyə idarəsi, sərhəd xidməti birliyi və ictimai qurumlar da daxil olmaqla, Qazaxıstanın dövlət orqanlarının on əlavə bölməsinin yaradılmasını nəzərdə tutur.
Hazırda Baykonurda yalnız səkkiz Qazaxıstan hakimiyyət orqanının - prezidentin xüsusi nümayəndəsi, hüquq-mühafizə orqanlarının nümayəndəlikləri, məhkəmə və aviasiya komitəsinin bölmələri işləyir. Qalan idarələr Rusiyaya bağlıdır.
Xatırladaq ki, Baykonurda 76 mindən çox insan yaşayır. Onlardan 60 faizi Qazaxıstan vətəndaşlarıdır. Şəhər Rusiyanın bələdiyyə müəssisələri, hüquq-mühafizə orqanları və idarələri tərəfindən idarə edilir. Onu da bildirək ki, idarəetmə rəhbərləri bu günə qədər Qazaxıstan və Rusiya prezidentlərinin fərmanları ilə təyin olunur.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət