Qazaxıstanın Bakıdakı səfirliyi soydaşlarına müraciət etdi

Azərbaycanın qonşu ölkələrlə (Rusiya, İran, Gürcüstan, Türkiyə) dövlət sərhədinin bağlanması, Bakıdan Qazaxıstana uçuşların məhdudlaşdırılması və ləğvi ilə əlaqədar olaraq, bu ölkənin bütün vətəndaşlarına (yaşayış icazəsi olan əcnəbilər/vətəndaşlığı olmayan şəxslər) təcili tədbirlər görərək, 2020-ci il 22 mart tarixinə qədər vətənə qayıtmalarını tövsiyə edirik.

Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyinin məlumatında ​​bildirilir.

Məlumatda qeyd olunur ki, hazırda Bakı-Moskva-Qazaxıstan marşrutu üzrə uçuşlardan və su yolu ilə Bakı (Ələt) - Aktau (Qazaxıstan) limanından istifadə edə bilərsiniz.