Qəbul imtahanlarına buraxılış qaydası dəyişib
09:47 01.02.2016
Arxiv
861
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Kollegiyası "Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi haqqında inzibati reqlament”də dəyişiklik edib.
APA-nın məlumatına görə, bu inzibati reqlamentdə nəzərdə tutulan elektron xidmət orta təhsil müəssisələrinin buraxılış və ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən şəxslərə test və qabiliyyət imtahanına buraxılış (qeydiyyat) vərəqələrinin internet vasitəsilə onlayn rejimdə verilməsi üçün nəzərdə tutulub.
Dəyişiklik namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi prosesində şifrin (buraxılış imtahanı iştirakçısının şəxsiyyətini təsdiq edən sənədin nömrəsi) ləğvi ilə bağlıdır.
İndiyə qədər namizəd xidmətin təqdim edildiyi elektron ünvana keçib iş nömrəsini, şifri (buraxılış imtahanı iştirakçısının şəxsiyyətini təsdiq edən sənədin nömrəsi) və ekranda göstərilən kodu müvafiq sahələrə daxil edib. Dəyişikliyə əsasən bundan sonra namizəd xidmətin təqdim edildiyi elektron ünvana keçib iş nömrəsini, soyadı, adı, atasının adı və ekranda göstərilən kodu müvafiq sahələrə daxil edəcək.
Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma formasından da şifr çıxarılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat