Qərar verildi: Marqaret Tetçerin heykəlinin yeri dəyişdirildi
21:20 06.02.2019
Arxiv
536
İngiltərənin keçmiş baş nazirlərindən olan Marqaret Tetçerin heykəlinin əvvəl planlaşdırılan kimi Parlament Meydanına deyil, Tetçerin doğulduğu qəsəbədə - Qrentemdə inşaa edilməsi qərarlaşdırılıb. Qrentemin aid olduğu South Kesteven Bölgə Bələdiyyə Məclisi, Tetçerin heykəlinin qəsəbənin St Peter's Hill səmtinə qoyulmasını təsdiq edib.
Tetçerin 3,2 metrlik heykəli 1925-ci ildə doğulduğu şəhərdə, məşhur fizik Isaak Nyutonun heykəlinin yanında yer alacaq. Nyuton da bir vaxtlar bu qəsəbədə təhsil almışdı. Şəhər polisinin, 300 min sterlinqə başa gələn heykəlin hücuma məruz qalmaması üçün yüksək bir yerdə yerləşdirilməsi tövsiyəsi isə diqqətə alınmayıb. İngiltərənin ilk qadın baş naziri Tetçerin Cəmiyyət Abidələri Vəqfi tərəfindən sifariş verilən və heykeltıraş Douglas Jennings tərəfindən hazırlanan bürünc heykəlinin Londonda Parlament Meydanında inşaa edilməsi planlaşdırılmışdı.
Ancaq plan, Tetçerin "mübahisəli bir siyasətçi" olması və heykəlin etirazçılar tərəfindən korlanma ehtimalının yüksəkliyi diqqətə alınaraq dəyişdirilmişdi. Thorney Island Society adlı yerli bir dərnək, heykəlin hazırda 11 heykələ ev sahibliyi edən meydanda tikilməsinə etiraz etmişdi.
Dərnəkdən verilən şərhdə, Parlement Meydanında heykəli qoyulacaq kəslərin ölümlərindən ən azı 10 il keçməsini tələb edən tənzimləməni xatırladılaraq, 2013-cü ildə 87 yaşında həyatını itirən Tetçerin bu qaydaya uyğun gəlmədiyi yazılmışdı.
İngilis parlamentinin ərazi rəhbərliyi də meydanda kifayət qədər heykəl olduğunu və Tetçerin hazırda bir heykəlinin parlament binası içində qoyulduğunu bildirərək, yeni heykəlin qoyulmasına etiraz etmişdi.
Tetçerin Londonda bir kitabxanada olan İtalyan mərmərindən 50 min sterlinq dəyərindəki heykəli 2002-ci ildə bir etirazçının hədəfi olmuş, hücumda heykəlin başı qoparılmışdı.
Marqaret Hilda Tetçer (13 oktyabr 1925, Qrentem, Linkolnşi) - Britaniyalı siyasətçi. Birləşmiş Krallıqda ən uzun müddət baş nazir olan adam və ölkənin yeganə qadın baş naziri. Yaxın tarixdə ölkəyə ən çox təsir edən insanlardan olub. Tətbiq etdiyi siyasətlər səbəbi ilə həm böyük dəstək görüb, həm də ciddi müxalifətlə qarşılaşmışdı. Gəncliyində parlaq bir tələbə olduğu kimi mühafizəkar tələbə cəmiyyətində siyasi tədbirlərdə də iştirak edirdi. Mühafizəkar partiyaya gənc yaşda üzv oldu. Zəngin bir iş adamı ilə evləndi. Tetçer 1975-1990-ci illər arasında Mühafizəkarlar Partiyasına rəhbərlik etmiş, 1979-1990-ci illərdə isə baş nazir olmuşdur. Ümumi siyasi yolu liberal-mühafizəkar istiqamətində idi. 1980-ci illərdə qərb ölkələrində dövlətin iqtisadi investisiyalardan çəkilməsi, özəlləşdirmə, sərbəst bazar iqtisadiyyatının dəstəklənməsi və işçi hüquqlarının tapdalanması ilə özünü göstərən neoliberalizm siyasətinin Birləşmiş Krallıqdakı icraçısı oldu. Ölkə daxilində sol müxalifətlə, beynəlxalq sahədə isə Soyuq müharibə çərçivəsində Şərq bloku ölkələri ilə mübarizə apardı. O dövr üçün radikal sayıla biləcək sağ siyasətləri güzəştə getmədən tətbiq etməsi səbəbilə ona verilən "Dəmir Leydi" ləqəbini sevə-sevə qəbul etdi. Tetçer partiyası daxilindəki parçalanmalar səbəbilə baş nazir vəzifəsini və fəal siyasəti buraxmaq məcburiyyətində qaldı. Lakin təsiri elə güclü idi ki, baş naziri vəzifəsindən sonra davam etməklə yanaşı, Leyboristlər Partiyasına da təsir edəcək şəkildə İngilis siyasətini təməldən dəyişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq