QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
08:00 30.06.2021
Arxiv
540
İyunun 29-u Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Bu barədə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.
Müşahidə Şurasının iclasında Agentliyin kiçik, orta və böyük məbləğli qrant müsabiqələri üzrə siyasətinin (müsabiqənin şərtləri, meyarları və s.) müəyyənləşdirilməsi haqqında müzakirələr aparılıb, bununla bağlı müvafiq sənədin hazırlanması üçün MŞ üzvlərindən ibarət işçi qrup təşkil olunub. Qısa müddət ərzində sözügedən meyarların müəyyən olunması ilə bağlı sənədin hazırlanması tapşırılıb.
Daha sonra Müşahidə Şurası üzvlərinin əlaqələndirdiyi istiqamətlər üzrə fəaliyyət göstərən QHT-lərlə görüşlərin qrafiki təsdiq olunub. Qərara alındı ki, sahəvi QHT-lərlə onlayn görüşlərin intensivliyi artırılsın və daha çox təşkilatların belə görüşlərə dəvət olunması təmin edilsin.
İclasda Müşahidə Şurası üzvlərinin əlaqələndirdiyi fəaliyyət istiqamətləri və bu istiqamətlər üzrə görüləcək işlər sənədinə yenidən baxılıb və müzakirələr əsasında əlaqələndirilən fəaliyyət istiqamətləri sırasına QHT koalisiyaları, resurs mərkəzləri və platformalarla işin də əlavə edilməsi qərara alınıb.
Sonda Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2021-ci il 1317 nömrəli Fərmanından irəli gələn məsələlərə bir sıra məsələlərə baxılıb. Müzakirələr əsasında Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması qaydası, habelə qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydası, qrant məbləğinin müəyyən edilməsi meyarları və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddi ilə bağlı nəzərdə tutulan sənədlər üzrə Müşahidə Şurasının müvafiq işçi qrupu tərəfindən hazırlanan təkliflərin Nazirlər Kabinetinə təqdim edilməsi qərara alınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm