Qiymətlər nisbətən ucuzlaşa bilər
21:13 11.05.2017
Arxiv
404
Dəyişiklik sadəcə olaraq ölkəyə gətirilən məhsulların sayının və çeşidinin artmasına səbəb olacaq
Mayın 12-dən alkoqollu içkilərin, tütün məmulatlarının idxalı, tranziti və ixracı zamanı lisenziya, o cümlədən Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsulları üçün keyfiyyət sertifikatı tələb edilməyəcək. Bu qərar Nazirlər Kabinetinin "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Aprelin 12-də dərc edilən qərar 30 gün sonra, yəni mayın 12-də qüvvəyə minəcək. Dəyişikliyə əsasən, sərhəddən keçirilən mallar və nəqliyyat vasitələri barədə məlumatlar gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan ediləcək. İndiyə qədər mallar idxal edildikdə uyğunluq sertifikatı, ixrac edildikdə isə keyfiyyət sertifikatı təqdim edilməsi tələb olunub. Ancaq qərardan sonra sertifikatlar tələb edilən sənədlər sırasından çıxarılıb. Xatırladaq ki, bitki və bitkiçilik məhsulları ixrac edildikdə fitosanitar sertifikat da tələb olunmayacaq.
Dəyişikliklə bağlı "Şərq”ə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bəyan edib ki, ilk növbədə Avropa Birliyinə ixracat prosesindən başlamaq lazımdır. Çünki əsas məqsədimiz ixracatı artırmaqdır. Bu məqsədlə gömrükdə tələb olunan sənədlərin sayının azaldılması mühüm məsələdir:
"Bundan sonra Avropa ölkələrinə ixrac olunan kənd təsərrüfatı məhsulları üçün keyfiyyət sertifikatı tələb olunmayacaq. Əslində, dəyişiklik çox pozitivdir. Çünki gömrükdə göstərilən xidmət nə qədər sadə və rahat olarsa, ümumi ixracatın artmasına o qədər müsbət təsir göstərər. Amma burada müəyyən məqamlar var. Avropa Birliyi ölkələrinin bazarı spesifik və sərtdir. Orada verilən uyğunluq və gigiyenik sertifikatlar beynəlxalq standartlara tam uyğun olmalıdır. Əks halda Azərbaycan gömrüyü malları buraxsa belə Avropa Birliyi ölkələrində məhsulların satışında problemlər yaşanacaq. Ona görə də iş adamları gömrük qaydalarındakı dəyişikliklərə baxmayaraq, öz məhsullarının keyfiyyətli olmasına çalışmalıdırlar. Bu amil Avropa bazarlarına daxil olmaq üçün əsas şərtdir”.
İqtisadçı sözügedən sahədə Gürcüstan təcrübəsinin öyrənilməsini də məsləhət görüb:
"Kənd Təsərrüfatı Nazirliyi və sahibkarlar ümumi seminar təşkil edərək Gürcüstana səfər etməli və orada sertifikatların verilmə qaydası ilə tanış olmalıdırlar. Əgər həmin sistem bizdə də tətbiq edilərsə, iş dünyası üçün böyük faydalar gətirər. Tütün və alkoqollu məhsullara gəldikdə isə, bu dəyişiklik daxili bazarda müəyyən dərəcədə rəqabətin yaranmasına və qiymətlərin nisbətən ucuzlaşmasına səbəb ola bilər. Amma bu da həcmlərdən asılı olacaq. Vurğulamaq istəyirəm ki, burada hansısa gömrük və vergi rüsumlarının ləğvindən söhbət getmir. Bəzi media qurumlarında məsələ səhv anlaşılıb. Rüsumlar yox, bəzi lisenziyalar ləğv edilib. Dəyişiklik sadəcə olaraq ölkəyə gətirilən məhsulların sayının və çeşidinin artmasına səbəb olacaq. Qərar qiymətlərə birbaşa təsir edən amil sayılmır. Ancaq rəqabət artdıqca, ölkəyə gətirilən məhsullar çoxaldıqca qiymətlərin aşağı düşməsi müşahidə oluna bilər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qarabağ” 19 yaşlı hücumçu alır - 2 milyon avroya
20:02 07.01.2026
Futbol
Marneulidə qətl törədən şəxs Türkiyəyə qaçarkən tutuldu
19:54 07.01.2026
Hadisə
İran diplomatiyasının rəhbərləri Ermənistana səfərə gedir
19:50 07.01.2026
Dünya
Zelenski ABŞ-dan Kadırovu həbs etməsini istədi
19:37 07.01.2026
Dünya
Tramp: Mən olmasaydım, Rusiya bütün Ukraynanı ələ keçirərdi
19:34 07.01.2026
Dünya
"Xəyal" bazarının fəaliyyəti dayandırılıb
18:40 07.01.2026
Cəmiyyət
İran rəsmiləri üsyançılara qarşı güzəşt ehtimalından danışıb
18:32 07.01.2026
Region
Azərbaycan–Suriya İşgüzar Şurası yaradılacaq
18:25 07.01.2026
Siyasət
De Bruyne "Napoli"dən ayrıla bilər
18:17 07.01.2026
Futbol
İran camaatı dini hakimiyyətdən dönməyəcək - Elmar Məmmədyarov
18:10 07.01.2026
Siyasət
ABŞ Rusiya gəmisini ələ keçirdi - YENİLƏNDİ
17:54 07.01.2026
Dünya
Fransa Prezidenti istefa verməyə çağırıldı
17:11 07.01.2026
Dünya
Ötən il dövlət sərhədini pozan 516 nəfər saxlanılıb
17:09 07.01.2026
Ölkə