Qızılağac Dövlət Təbiət Qoruğunda yanğının qarşısı alınıb - YENİLƏNİB
17:30 06.07.2020
Arxiv
605
Lənkəran rayonunda Qızılağac Dövlət Təbiət Qoruğunda baş verən yanğının qarşısı alınıb və məhdudlaşdırılıb.
APA-nın məlumatına görə, yanğının genişmiqyaslı olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qurumları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və kənd əhalisinin köməkliyi ilə qısa zamanda yanğın məhdudlaşdırılmasına nail olublar.
***
20:30
Lənkəran rayonu, Balıqçılar qəsəbəsindəki taxıl zəmisində başlayan və külək nəticəsində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinə keçən yanğın davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, yanğının söndürülməsinə nazirliyin yerli qurumlarının və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 60-dan artıq əməkdaşı, 4 yanğınsöndürən maşın, əlavə texnika və yerli sakinlər cəlb edilib.
Yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində mümkün olan bütün vasitələrdən istifadə olunur, o cümlədən cəlb olunmuş əlavə texnikanın köməyi ilə küləyin istiqaməti üzrə ətraf sahələrin şumlanması həyata keçirilir.
İlkin hesablamalara görə, yanğın təxminən 7 hektar ərazini əhatə edir, əsasən kol-kos və quru ot örtüyü, qamışlıq sahə yanır.
Yanğın hadisələrinin əksəriyyəti vətəndaşların ehtiyatsızlığı və etinasızlığı səbəbindən baş verdiyi bildirilir. Bu səbəbdən nazirlik bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa, biçin zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, biçilmış sahələrə od vurmamağa, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa çağırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol