"Qızılın kəskin şəkildə ucuzlaşacağına inanmıram" - Ekspert
10:17 03.08.2018
Arxiv
741
"Qızıl və gümüşün ucuzlaşması uzun müddət davam etməyəcək”.
Bu barədə "Sherg.az”a qızıl və gümüşün qiymətinin dünya birjalarında kəskin enməsinin səbəblərindən danışarkən iqtisadçı-ekspert Qadir İbrahimli bildirib.
Onun sözlərinə görə, qızılın qiymətinin enməsi müəyyən bir trenddən sonra sabitləşəcək:
"Qızılın qiyməti birbaşa istehlak bazarına transformasiya olunur. Yəni onlar bazar qiymətlərinə müəyyən qədər təsir göstərir. Bu proses müxtəlif amillərlə bağlıdır. Amma qızılın qiymətinin kəskin şəkildə düşəcəyinə inanmıram. Sadəcə qiymətlərdə müəyyən qədər enmələr baş verir. Bu proses də hər zaman belə olur.
Tutaq ki, Azərbaycanda məhərrəmlik aylarında toy və nişanların keçirilməməsi ilə bağlı qiymətlər düşür. Lakin sonrakı dövrlərdə qiymətlər yenidən bahalaşır. Ümumiyyətlə, qızıl və gümüş kimi zinət əşyalarının özü ayrı bir bazar təşkil edir. Bu baxımdanda hesab etmirəm ki, dünya bazada qızılın qiymətinin artmasının Azərbaycana ciddi təsiri olsun. Qiymətlərin çox ucuzlaşacağına da inanmıram. Müəyyən müddətdən sonra qiymətlər sabitləşəcək”.
Qeyd edək ki, Azərbaycanda qızıl və gümüş ucuzlaşıb. Avqustun 1-də qızılın qiyməti iyulun 31-i ilə müqayisədə 2,3035 manat azalaraq 1 troy unsiyası üçün 2075,751 manat təşkil edib. Gümüş 0,0308 manat ucuzlaşaraq 1 unsiya üçün 26,2988 manata bərabər olub.Platinin qiyməti 9,367 manat artaraq 1421,1745, palladiumun qiyməti isə 3,2895 manat artaraq 1586,202 manat təşkil edib.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya