Qızın atası evə gəldi, o da qorxusundan pəncərədən düşdü

15 yaşlı E. B., ilk məhkəmə prosesində bəraət aldı



Kayseridə kimsənin olmadığı vaxt çay içmək üçün evə dəvət etdiyi məktəb yoldaşı 16 yaşlı Ahmed Karakurtun 12-çi mərtəbədən düşüb ölməsiylə əlaqədar həbssiz mühakimə olunan 15 yaşlı E. B., ilk məhkəmə prosesində bəraət aldı.

Bir binanın 12-çi mərtəbəsində ailəsiylə məskunlaşan E. B., ötən 29 iyulda evdə kimsənin olmadığını söyləyərək, məktəb yoldaşı Ahmed Karakurtu çay içməyə dəvət etdi. Evə gələn Ahmed Karakurt və sevgilisi çay içdiyi zaman, iddiaya görə E.B.ın atası gəlir. Özünü itirən Ahmed Karakurt, qorxudan pəncərədən sallanır. Bir müddət beləcə yapışmağa çalışan talehsiz gənc, 12-çi mərtəbədən yerə düşür. Ətrafdakıların xəbəri ilə hadisə yerinə gələn sağlamlıq qrupları Karakurtun öldüyünü təyin edir. Hadisə ilə əlaqədar istintaqa başlayan polis, Ahmed Karakurtu çay içməyə dəvət edən E.B.ı nəzarətə alır. (milliyet.com) Sorğulandıqdan sonra həbssiz mühakimə olunmaq üçün sərbəst buraxılan E. B. haqqında iddia açılır.

Kayseri 1-çi Kriminal Məhkəməsində işə baxılan ilk prosesdə E. B. özünü müdafiə edərək "Atam evə gəlincə, Ahmed qardiroba girdi. Anamın əşyalarını şkafdan götürməyə getdiyim zaman o pəncərəyə çıxdı” deyib. Qərarını açıqlayan məhkəmə heyəti, gənc qız haqqında bəraət qərarı verdi.