“Quba ilə gün ərzində 3 dəfə danışmışam”

Vahid Əhmədov: “Yalnız bir, iki kənddə sel-su yollarda problem yaradıb”
Şimal bölgəsinə yağan yağışlar Quba rayonunda ciddi fəsadlar törədib.
Qubanın dağ kəndi Xanəgahda olan ANS-in məlumatına görə, dağlardan gələn güclü sel və ərazidə müşahidə olunan intensiv leysan yağışları Cağacuğ çayında suyun səviyyəsinin artmasına səbəb olub: "Çayda suyun səviyyəsinin artması yolun dağılmasına və bir qədər yuxarıda yerləşən kəndlərin - yuxarı Xanəgah, Zıxır, Girdah kəndlərinin sakinlərinin rayon mərkəzi ilə əlaqəsinin tamamilə kəsilməsinə səbəb olub. Quba icra başçısının əmri ilə əraziyə texnika göndərildiyi deyilsə də, hələki ərazidə heç bir texnika görünmür. Rayon Fövqəladə Hallar Komissiyası selin vurduğu zərərin tezliklə aradan qaldırılacağını bildirib”.
Millət vəkili Vahid Əhmədov isə ərazidə müşahidə olunan sel və leysan yağışlarının ciddi bir dağıntıya səbəb olmadığını deyib: "Qubada elə bir ciddi vəziyyət yoxdur. Yol idarələri işləyir. Rayon icra hakimiyyətinin birinci müavini və eyni zamanda Fövqəladə hallar komissiyasının sədrinin şəxsən özü bu işlə məşğuldur. Əslində elə bir ciddi fəsadlar da olmayıb. Bir-iki kənddə sel-su yollarda problem yaradıb. Onun da qarşısı texnikalar vasitəsilə alınır. Onu da deyim ki, əraziyə texnika göndərilməməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Problem yaranan andan texnika əraziyə cəlb olunub. Gün ərzində 3 dəfə danışmışam, hər kəs öz işinin başındadır”.
Şəymən