Qubada 29 yaşlı kişi intihar edib





 Quba rayonunda intihar hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1986-ci il təvəllüdlü Alekseyevka kənd sakini İlham Məmmədov özünü asıb.

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar aparılır.