Qüdsdə ABŞ səfirliyinin açılmasına etirazlar - 1 ölü, 22 yaralı




Bu gün ABŞ-ın İsraildəki səfirliyi Tel-Əviv şəhərindən Qüdsə köçürülür.
Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, səfirliyin açılışına Donald Tramp qatılmayacaq. O, telefon vasitəsi ilə canlı bağlantıda olacaq. Açılış mərasimində 32 ölkədən nümayəndə iştirak edəcək.

Bu məsələyə görə Qəzza zolağında vəziyyət gərginləşib. Səfirliyin açılmasına görə keçirilən etiraz aksiyalarına İsrail təhlükəsizlik qüvvələrinin müdaxiləsi zamanı 1 fələstinli ölüb, 22 nəfər yaralanıb.