"Quduzlaşmış itlər uşağa xəsarət yetirirsə və uşaq da ölürsə ... " - FACİƏ
09:11 25.08.2017
Arxiv
501
Sahibsiz itlərlə bağlı məsələ yenidən gündəmə gəlib. Dəfələrlə qabardılmasına baxmayaraq problem öz həllini hələ də tapmır.
Küçələrdəki sahibsiz itlərin hansı yollarla yığışdırılması ilə bağlı müxtəlif fikirlər səslənir. Paytaxt əhalisinin bir qismi itlərin öldürülməsini söyləsə də, heyvansevərlər çıxış yolunu itlərin öldürülməsində deyil, əksinə, qorunmasında görürlər.
Hətta avqustun 23-də Nazirlər Kabinetində sahibsiz heyvanlarla mübarizəyə və görüləcək profilaktik tədbirlərə dair müşavirə keçirilib. Müşavirədə baş nazirin müavini Əli Əhmədov, Səhiyyə Nazirliyinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri iştirak ediblər.
Əhalinin sağlamlığının qorunması, virus daşıyıcısı olan sahibsiz heyvanların təcrid edilməsi üçün müvafiq qurumlar tərəfindən ciddi addımların atılmalı olduğunu vurğulayan Əli Əhmədov deyib ki, bu məsələnin həllində aparıcı ölkələrin təcrübəsindən də yararlanmaq lazımdır: "Azərbaycan ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyasına qoşulub. Sahibsiz heyvanlar üçün sığınacaqlar yaradılmalı, onlar peyvənd olunmalı, yayıla biləcək xəstəliklərin qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir”.
Bu yaxınlarda Sumqayıt şəhərində sahibsiz itin dişləməsi nəticəsində azyaşlı uşağın həlak olmasına toxunan Baş nazirin müavini bildirib ki, bu məsələ ciddi araşdırılmalıdır.
Qeyd edək ki, Azərbaycan ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyasına qoşulub. Buna görə də, bir sıra təşkilatlar virus daşıyıcısı olan təhlükəli heyvanların öldürülməsinin tərəfdarı deyil. Bəs əhalini sahibsiz və yırtıcı heyvanlardan qorumaq üçün nə kimi tədbirlər görülməlidir?
Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı "Şərq”ə açıqlamasında bildirib ki, sahibsiz heyvanlarla mübarizə zamanı dövlət ilk növbədə vətəndaşları fikirləşməlidir:
"İnsanların qayğısına qalmaqla yanaşı, digər canlılara da qayğı göstərilməlidir. Əgər bu gün quduzlaşmış itlər uşağa xəsarət yetirirsə və uşaq vəfat edirsə, təbii ki, bu, faciədir. Ona görə də dünya praktikasında bütün bunlar var. Biz yeni nəsə kəşf etməməliyik. Dünya praktikasında olanları həyata keçirmək lazımdır.
Həmçinin bu işlə məşğul olan insanların məsuliyyəti artmalıdır ki, insanlar sahibsiz küçə itləri ilə bağlı problem yaşamasınlar. Bu məsələ ilə əlaqədar olan şəxs yalandan hesabat verir və iş görmürsə, bir çox faciələr baş verir.
Düşünürəm ki, əvvəlcə vətəndaş, sonra digər canlıları nəzərə almaq lazımdır. Heyvanları müdafiə edənlərə qalanda isə onlar qərb ölkələrindən yaxşı qrantlar alırlar. Onların işi budur və heyvanlara qayğı göstərmək xatirinə yox, qrantlar naminə səs-küy qaldırırlar”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol