Qurban Yetirmişli: “Güclü təkanlar gözlənilmir”





Episentri Zaqatalada olan zəlzələdən sonra ərazidə 90-a yaxın avterşok qeydə alınıb.

Bunu APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin müdiri Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, ərazidə dünən baş verən zəlzələ kimi güclü təkanlar gözlənilmir: "Ola bilər ki, əhalinin hiss edəcəyi xırda təkanlar qeydə alınsın”.


Qeyd edək ki, dünən yerli vaxtla saat 22.40-da Zaqatala stansiyasından 16 km cənubda - Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

Zəlzələnin davam etmə müddəti 28 saniyə olub. Zəlzələ nəticəsində bəzi evlərə ziyan dəyib. 31 nəfər xəstəxanalara müraciət edib.

Zaqatala rayonunda bir nəfər insult keçirərək ölüb.