Ramil Səfərovun atası cəbhəyə yollanmaq istəyir





Azərbaycan Silahlı Qüvvələrinin mayoru Ramil Səfərovun atası Sahib Səfərov son günlər cəbhədə yaşanan gərginliklə bağlı ordumuza dəstəyini ifadə edib. O, "Şərq"-ə söyləyib ki, Azərbaycanın güclü Alı Baş Komandanı və qüdrətli ordusu var: "Mərd, döyüşkən və qəhrəman oğullarımız düşməni susdurdu. Doğrudur, döyüşlərdə şəhid də verdik. Allah rəhmət eləsin. Amma Azərbaycan ordusu düşməni yerinə oturtdu. Bədnamlara gücümüzü göstərdik. Ermənsitan qüdrətimizin şahidi oldu. Öz adıma deyirəm. Mən də cəbhəyə yollanmağa hazıram. Düşünürəm ki, bütün Azərbaycan xalqı döyüşlərə hazırdır. Şirkət, firma sahibi olan tanışlar var. Mənə müraciət edirlər ki, şirkətlərinin adından ordumuza yardım göstərmək istəyirlər. Əhalidə böyük ruh yüksəkliyi var. Əsgər və zabitlərimizə humanitar yardım göstərmək istəyirlər. Mən də maraqlandım. Müdafiə Nazirliyimizdən bildirildi ki, ordumuzun humanitar yardıma ehtiyacı yoxdur. Ordumuzun döyüş şücaəti və qələbəsi bizi sevindirdi. Torpaqlarımızın geri qaytarılması bizi fərhləndirdi. İnanıram ki, döyüş bu günə kimi davam etsə idi, indi Xankəndini də geri qaytarmışdıq".

Ayyət