“Rayon təhsil şöbələri nazirin əmrindən sui-istifadə edirlər”
21:29 21.10.2016
Arxiv
855
“Rüşvət verən müəllimlər yerlərində qalır, verməyənlər isə işdən azad olunurlar”
Tovuz rayonunda 800-ə yaxın müəllim işdən çıxarılıb. Buna səbəb kimi həmin müəllimlərin sabiq təhsil naziri Misir Mərdanovun dövründə müddətli və müddətsiz müqavilələrlə işə düzəlmələri göstərilir. Qeyd olunur ki, onlar işə düzəlmələrinin müqabilində rayon təhsil şöbəsinin müdirinə 5 min manat məbləğində rüşvət veriblər. Onlar özü də bu faktı təsdiqləyir və bildirirlər ki, müqavilə müddəti başa çatıb deyə, işdən azad olunublar.
Tovuz rayon təhsil şöbəsinin müdiri Validə Hüseynova da mətbuata açıqlamasında məlum faktı təsdiqləyib. O qeyd edib ki, sözügedən "təmizləmə əməliyyatı” təhsil naziri Mikayıl Cabbarovun əmri ilə əlaqədardır. Bundan başqa, V.Hüseynovanın sözlərinə görə, Tovuzda 87 sinif bağlandığı üçün məktəblərdə müəllim sıxlığı yaranıb, müəllimlərin dərs yükü 5-6 saata düşüb. Ona görə də müddətli müqavilədə işləyən müəllimlər işdən çıxarılır. Həmçinin V.Hüseynova müəllimlərdən işə düzəlməsi üçün 5 min manat rüşvət alınması xəbərini yalanlayıb: "Bunlar həqiqətə uyğun deyil. Burada bir manatın söhbəti belə gedə bilməz. İşdən çıxarılan müəllimlərin əksəriyyəti keçid balını toplaya bilməyənlərdir. Onlar saat hesabı işləyiblər, işlərinə xitam verilib. Savadlı müəllimlərin heç biri şikayət etmir. Səs-küy salanlar imtahanda az bal toplayanlardır”.
Vəziyyəti dəyərləndirən təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq”ə söyləyib ki, müəllimlərin 5 min manat rüşvət müqabilində işə qəbulu məsələsi doğru xəbərdir. Ekspertin fikrincə, mövcud proseslər aydınca göstərir ki, rayon təhsil şöbələri Təhsil Nazirliyinin kadr siyasətindən sui-istifadə edirlər: "Rüşvət verən müəllimlər yerlərində qalır, verməyənlər isə işdən azad olunurlar. Rayon təhsil şöbələri isə bu özbaşınalıqlarını ört-basdır etmək üçün nazirin əmrini əsas gətirirlər. Amma deyim ki, nazirin həmin əmrində müəllim kadrının mərhələlərlə təkmilləşdirilməsindən söhbət gedir. Paytaxt Bakıda 10 minlərlə müəllim var ki, onlar çıxarılan həmin 800 müəllimdən zəif müəllimlərdir. Paytaxtda elə orta məktəblər var ki, orada çalışan 7 müəllimdən biri diaqnostik testdən güc-bəla ilə keçir. Amma neyləyək ki, yenə də paytaxt məktəbində müəllim kimi çalışır. Qısası, rayon təhsil şöbələri Təhsil Nazirliyinin bu siyasətindən sui-istifadə edirlər. Təhsil şöbələri icra başçılarına tabedir. İcra başçıları da göstəriş verir ki, gedin məktəblərdən "haq” yığın. Onlar da bu göstərişi yerinə yetirirlər”.
Problemin həllinə gəlincə, ekspert vurğulayıb ki, həmin müəllimlərin işə qəbuluna dair əmrdə müvəqqəti sözü yazılmayıbsa, həmin müəllimlərin Təhsil Şöbəsini məhkəməyə verməyə tam haqqı çatır: "Güman edirəm ki, məsələni Avropa Məhkəməsinə də daşımaq olar. Onlar öz hüquqlarını bərpa edə bilərlər. Məsələn, Rusiyada məktəb müəllimi məktəb direktoruna və təhsil şöbəsinə qarşı iddia qaldırmışdı. O iddianı Avropa Məhkəməsi təmin etdi. Yaxşı olar ki, bu məsələ ölkədaxili məhkəmə sistemində yoluna qoyulsun. Bu olmasa, onların ixtiyarı çatır ki, işi Avropa İnsan Haqları Məhkəməsində həll etsinlər. Sadəcə olaraq ona heyifslənirəm ki, həmin müəllimlər öz hüquqlarını müdafiə etmək əzmində deyillər. Prosesə ciddi yanaşmalıdırlar və haqları uğrunda sonadək mübarizə aparmalıdırlar”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət