Rayonlarda borc dəftərləri yaranıb

Millət vəkili: "Ünvanlı sosial yardımı dayandırmaqla bağlı təklif, insanları stressə salır"




"Rayonlarda marketlərdə, xırda mağazalarda vətəndaşlarımızın borc dəftərləri yaranıb. Bu borc dəftərlərinin bağlanmasına çalışmalıyıq. 

Elə etməliyik ki, kasıb insanlar kəndlərdəki borc dəftərlərini bağlasınlar. Hesab edirəm ki, ehtiyac meyarının həddi yaşayış minimununa çatdırılmalıdır”. 
Sherg.az-ın məlumatına görə bu fikirləri büdcə müzakirələri zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib: 

"Bəzi həmkarlarım ünvanlı sosial yardımların dayandırılması ilə bağlı təkliflər verib insanları qıcıqlandırırlar. Belə təkliflərlə vətəndaşları stressə salırıq. Təsəvvür edin ki, deyirik, Rabitə Nazirliyində neqativ hallar aşkarlanıb və gəlin bu nazirliyə maliyyələşməni dayandıraq. Belə məntiq olar?! Bu cür çıxışlarla insanlara mənfi psixoloji hal yaşadırıq. Təsəvvür edin ki, nə qədər insan o yardımlara göz dikib. Həmin yardımlar bəzilərinin aylıq dərman puludur. İş yerlərini itirən insanların işsizliyə görə müvainətləri məsələsinə ciddi yanaşmalıyıq. Deyirlər ki, hökuməti əvəllər tənqid edənlər niyə indi tərifıləyirlər? Mən nə zamansa hökumətin hansısa addımlarını müsbət hesab edib tərifləmişəm və nə zamansa hansısa addımlarını mənfi hesab edib tənqid etmişəm. Burda nə var ki? Belə məntiqlə məsələyə yanaşmaq düzgün deyil. Bütün dünyanın gözü dünya parlamentlərindədir. Nəyisə deyəndə, danışanda gəlin diqqətli olaq. Əsas məsələ kasıb təbəqənin vəziyyətinin ağırlığıdır. Bunun həlli lazımdır”.

Anar