Referendum keçirilə bilər
07:04 19.09.2017
Arxiv
778
Ancaq “Kürdüstan” dövlətinin yaradılması ideyası reallaşan deyil
Xəbər verdiyimiz kimi, Şimali İraqdakı kürd muxtariyyəti 25 sentyabr tarixində "müstəqillik” referendumu keçirməyi nəzərdə tutub. Hər gün artan narazı tərəflərin sırasına İraq hökuməti də qoşulub. İraq Məclisi sözügedən referendumun qanunsuz olduğunu və rədd ediləcəyini açıqlayıb. Türkiyə Xarici İşlər Nazirliyi İraq Məclisinin qanunsuz referendumu rədd etməsindən məmnunluq duyduğunu bildirib.
Türkiyə rəhbərliyi bəyan edib ki, əgər muxtariyyətin rəhbəri Məsud Bərzani referendum məsələsində israr edərsə, cavabı çox ağır olar. Maraqlıdır ki, hər dəfə "Kürdüstan” dövlətinin yaradılması ideyasını dəstəkləyən ABŞ hökuməti də referenduma qarşı çıxıb və rəhbərliyi yanlış qərardan daşınmağa çağırıb.
Bölgədə ciddi narahatlığa səbəb olan referendum planı ilə bağlı "Şərq”ə açıqlama verən politoloq İlqar Altay deyib ki, hər bir dövlətin varlığını, mövcudluğunu göstərən əsas atribut onun ərazi bütövlüyüdür.
Ekspertin sözlərinə görə, hansısa etnik qrupun dövlətin inzibati-siyasi tabeliyindən imtina edərək özünü "müstəqil ölkə” elan etməsi birbaşa dövlətin ərazi bütövlüyünün pozulmasıdır:
"Müstəqillik əldə etmək iki halda mümkündür. Birinci variant həmin dövlətdə yaşayan ümumi xalqın səsverməsi ilə həyata keçirilir. Ümumxalq razılığı olmadan referendum keçirmək mümkün deyil. Digər variant isə konkret hansısa toplumun yox olma təhlükəsi ilə üz-üzə qalmasıdır. Yəni dövlət həmin ərazinin, toplumun idarəçiliyini təşkil edə bilmir və ya qəsdən genosid həyata keçirir. Lakin bu halda da son qərarı BMT-nin Təhlükəsizlik Şurası verir. Ancaq vurğuladığımız heç bir məqam orada mövcud deyil. Bu səbəbdən İraq kürd muxtariyyətinin özləri üçün referendum keçirib "dövlət” yaratması dünya tərəfindən qəbul edilmir. Hətta bu ideyanın gizli dəstəkçisi olan Rusiya və ABŞ kimi dövlətlər belə məsələyə ehtiyatla yanaşırlar.
Çünki həmin dövlətlərin də ərazisində separatizm baş qaldıra bilər”.
Ekspertin fikrincə, "müstəqil dövlət” ideyasının yaranma səbəbi İraq dövlətçiliyinin zəifliyidir:
"Onları himayə edən xarici güclərin məqsədi kiçik "dövlətciklər” yaradıb bölgəni rahat idarə etməkdir. Həm də regionda yaradılmış yeni kürd "dövləti” ilə Türkiyəyə və İrana qarşı istifadə edilmək istənilir. Məncə, bu ideyanın reallaşması yaxın dövrün işi deyil. Düzdür, referendum keçirilə və tanınmayan kürd dövləti yaradıla bilər. Ancaq tanınma prosesi xeyli zaman alacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya