"Referendumla bağlı jurnalistlərdən müraciət daxil olmayıb"






Saat 12:00-dək Azərbaycan Mətbuat Şurasının referendumla bağlı yaratdığı "qaynar xətt”ə peşə vəzifəsini yerinə yetirən jurnalistlər tərəfindən hər hansı müraciət daxil olmayıb.
Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, paytaxt və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarında olan Şuranın İdarə Heyətinin üzvləri də medianın sərbəst şəkildə səsvermənin gedişini işıqlandırdığının şahidi olublar.
Qeyd edək ki, Mətbuat Şurasının (012) 441 35 30 nömrəli şəhər, (055) 201 99 26 saylı mobil telefon nömrəsi saat 8:00-dan 19:00-dək "qaynar xətt” rejimində fəaliyyət göstərəcək. Referendumu işıqlandıracaq jurnalistlər işləri ilə bağlı hər hansı xoşagəlməz durumla üzləşdikləri halda qeyd edilən telefon nömrələrinə zəng edib fikirlərini bildirə bilərlər.