Rekord qıran azərbaycanlılar Rusiyanın ən reytinqli verlişinə dəvət edilib - VİDEO
21:03 03.05.2019
Arxiv
742
Onların axırıncı hiti "YouTube"da 90 milyondan çox baxış toplayıb
Məşhur azərbaycanlı HammAli & Navai dueti ilk dəfə Rusiyanın "Birinci kanal"ının ən reytinqli verlişi olan "Veçerniy Urqant"ın qonağı olub. Sputnik Azərbaycan-ın məlumatına görə, ifaçıların iştirak etdiyi verilişin çarxı layihəsi "YouTube" sosial şəbəkəsindəki rəsmi saytında yayımlanıb.
Onlar verlişin aparıcısı İvan Urqant tərəfindən musiqili qonaqlar kimi şouya dəvət alıblar. Müğənnilər özlərinin "Notlar" hitini ifa ediblər. Artistləri təqdim edən Urqant HammAli & Navaini möhtəşəm duet adlandırıb və onların inanılmaz populyar olduqlarını deyib.
Reperlər HammAli (Aleksandr Əliyev) və Navai (Nəvai Bəkirov) hazırda bütün postsovet məkanında məşhurdurlar. Onlar Azərbaycanda doğulsalar da, Rusiyada yaşayıb işləyirlər.
Bu musiqiçilər geniş ictimaiyyət qarşısına 2017-ci ildə çıxıblar. Onların ilk hiti "Tı moya ximiya" (Sən mənim kimyamsan) olub və Rusiyada ən çox dinlənən mahnıların Top 20-liyinə düşüb.
Onların axırıncı hiti olan "Pustiti menya na tanspol" (Məni rəqs meydançasına buraxın) "YouTube"da 90 milyondan çox baxış toplayıb. Verilişdə ifa etdikləri "Notlar"ı isə 66 milyonadək internet istifadəçisi dinləyib.
Sputnik Azərbaycan-ın hesablamalarına görə, HammAli & Navai "YouTube"da ən çox baxış toplayan azərbaycanlı müğənnilərdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm
1875-dən 2026-ya uzanan yol: Zərdabinin çırağı hələ də yanır
17:32 22.07.2026
Media
Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama
17:15 22.07.2026
Dünya
Berlin Azərbaycanın sülh gündəminə dəstək verir - ŞƏRH
17:14 22.07.2026
Gündəm