Rektorlar Şurası yaxşı təşəbbüsdür, AMMA... - PROFESSOR




Azərbaycanda rektorlar Şurasının yaradılması yaxşı təşəbbüsdür. Amma təbii ki, bu, problemlərin, qüsurların hamısını aradan qaldırmaq üçün kifayət etməyəcək.

Bu sözləri Sherg.az-a təhsil ekspert, professor Füzuli Məhəmməd söyləyib. 

Bununla yanaşı, ekspert qeyd edib ki, bütün hallarda rektorların bir -biri ilə ünsiyyəti, məsləhətləşməsi, fikirlərini bölüşməsi, nazirlə birbaşa səmimi danışıqlar aparması ən azından mövcud problemləri səmimi şəkildə ortaya çıxaracaq: " Və həmin çatışmazlıqların həllinə dair müəyyən qərarların qəbul edilməsinə yardım edəcək. Bu mənda şuranın yaranması və birgə çalışmalar müsbət haldır".

Qeyd edək ki, bu ilin sonuna kimi Azərbaycanda Rektorlar Şurası yaradılacaq. Bu barədə təhsil naziri Mikayıl Cabbarov "Təhsilin keyfiyyətinin təmin edilməsində akkreditasiyanın rolu” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Ayyət