“Məhz bu addımı atmaqla perspektivli repetitorlar məktəblərə cəlb olunacaq”
Çünki hazırda Qəbul Komissiyası təhsilin inkişafına yox, repetitorlara işləyir
Bakıda repetitorluq edən müəllimlərlə məktəb arasında fəaliyyət müqavilələrinin imzalanması
nəzərdə tutulur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, bu ilin iyul ayında Nazirlər
Kabineti məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyət müqavilələrinin bağlanmasına dair
qərar verib. Onun sözlərinə görə, qərara əsasən, təhsil idarəsi hər hansı fiziki və hüquqi şəxslə və
üçüncü tərəf olaraq məktəblə birgə fəaliyyət haqqında müqavilə imzalayır. Bu müqavilə
çərçivəsində təhsil sisteminə uyğun olan fəaliyyətlərin həyata keçirilməsinə icazə verilir. Bu
istiqamətdə artıq hüquqi və fiziki şəxslər tərəfindən idarəyə müraciətlərin olduğunu deyən
M.Vəliyevanın sözlərinə görə, müqavilələr imzalanıb, fəaliyyətə başlanılıb.
Sözügedən qərarı dəyərləndirən təhsil eksperti Kamran Əsədov "Şərq”ə açıqlamasında deyib ki,
Azərbaycan Respublikası "Təhsil Haqqında” qanuna və Nazirlər Kabinetinin qərarı ilə təsdiq
edilmiş orta məktəblərin nümunəvi nizamnaməsinin tələblərinə görə orta məktəblərdə hansısa
ictimai birliklər, özəl sektorun payı, hansısa gəlir əldə etmək üçün bir bölmə yaradıla bilməz:
"Lakin, təəssüflər olsun ki, son illər ərzində orta məktəbdə təhsilin inkişafı ancaq ali məktəblərə
qəbul imtahanlarında məktəblərin məzunlarının qəbul sayı və topladıqları ballar əsasında müəyyən
edilir. Lakin hər kəs unudur ki, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyə uyğun olaraq
orta məktəblərin məqsədi, məramı ali məktəblərə qəbul imtahanları üçün abituriyent yetişdirmək
yox, ölkə üçün şəxsiyyət, vətəndaş yetişdirilməsi, cəmiyyətin bütün sahələrində özünü doğruldan
insan hazırlamaqdır”.
Bu gün bir sıra orta məktəb binalarının rəsmi və qeyri-rəsmi olaraq hazırlıq kursları, repetitor
müəllimlər tərəfindən kirayə haqqı ödənilməklə istifadə olunduğunu vurğulayan ekspert bildirib ki,
bütün bunların nəticəsində də Azərbaycan təhsili repetitorlardan asılı vəziyyətdə qalıb: " Yəni bu
gün hansısa təhsildə inkişafdan, statistik göstəricilərin artmasından danışılırsa, bu, orta məktəblərin
yox, məhz repetitor müəllimlərin xidmətidir. Yəni bu gün Təhsil Nazirliyi Azərbaycanda təhsilininkişafına görə, təhsilin tamamilə məhv olmadığına görə repetitor müəllimlərə minnətdar olmalıdır.
Çünki hazırda TQDK-da təhsilin inkişafına yox, məhz repetitorlara işləyir. Yəni TQDK-nın
fəaliyyəti məhz ölkədə repetitorluğun daha da genişləndirilməsinə xidmət edir ki, bu da həmin
qurumun özünə sərf edir. Bütün bunlara görə də, Bakı şəhər Təhsil İdarəsi tərəfindən bu addım
atılır. Bildiyimiz kimi, tanınmış, məşhur, peşəkar kadrların - repetitorların böyük əksəriyyəti orta
məktəblərdə çalışmır. Orta məktəbdə çalışan, lakin heç bir uğurlu nəticələri olmayan müəllimlər də
kifayət qədərdir. Mən düşünürəm ki, məhz bu addımı atmaqla perspektivli repetitorlar məktəblərə
cəlb olunacaq. Bundan əlavə, bildiyiniz kimi, orta məktəblərdə kurikulum standartları əsasında
tədris həyata keçirilir. Bu zaman müəllimlər tərəfindən azı dörd həftədən bir KSQ və BSQ imtahanı
keçirilməlidir ki, bunu hazırlamaq, keçirmək məktəblər üçün bir az çətindir. Həm testlərin
hazırlanmasına görə, həm də onların yoxlanmasına görə. Lakin hazırlıq kursları və repetitorlarda
istər bütün mövzular üzrə və bütün səviyyələrdə hazır test tapşırıqları var, həm də onların
yoxlanılması üçün sadə mexanizm var. Bu yolla təhsil idarəsi həm öz işini asanlaşdırması, həm də
təcrübəli müəllimlərin təhsilə cəlb edilməsi üçün mühüm addım atmış olur”.
Bu qərarın məktəblərə hansısa bir mənfi təsiri olmayacağını güman edən ekspertə görə, onsuz da
orta məktəblərdə oxuyan şagirdlərin böyük əksəriyyəti ali məktəblərə qəbul olmaq üçün ya hazırlıq
kurslarına, ya da repetitorların yanına gedir. Bunların hamısı da məktəblərdən uzaqda yerləşir.
Hesab edirəm ki, bu addımı atmağa vadar edən məsələlərdən biri də məhz budur ki, şagirdlər
məktəbdən uzaqlaşmasın: "Lakin təhsilin inkişafı üçün repetitorluqdan asılı olmaq yaxşı hal deyil.
Bu, şahidlərin bir çox bacarıqlardan məhrum olmasına gətirib çıxarır”.
Şəymən