Rəqqasə Fatimə BİZNESİNİ genişləndirir

İllərdir həm də işgüzar xanım kimi fəaliyyət göstərən rəqqasə Fatimə Fətəliyeva bu gün yeni məkanının açılışını edib. Şəxsi biznesini genişləndirən rəqqasənin bu xoş gününə, yerli şou-biznesin populyar simaları təşrif buyurub.
Sherg.az xəbər verir ki, Fatimə mərasimə qoşulanları salamladıqdan sonra simvoliq qırmızı lent kəsib və bununla da məkanın açılışı baş tutub. Banu məkanın şərəfinə hazırlanan xüsusi tort ətrafında isə sənət dostları Fatiməni tək qoymayıblar. Açılışdan hazırladığımız fotosessiyanı oxucularımıza təqdim edirik.
Tahirə