Restorandakı atışmaya görə həbs edildilər - Foto
22:19 23.04.2016
Arxiv
547
Badamdar qəsəbəsindəki "Bulaq” restoranında baş verən silahlı insidentin iştirakçıları - Tofiq Qaramizadə, Hüseyn Hüseynov və Bəhruz Rəfiyevin barələrində həbs qətimkan tədbiri seçilib.
Bu barədə Report-a B.Rəfiyevin vəkili Adəm Məmmədov məlumat verib.
Vəkilin sözlərinə görə, Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin barələrində üç aylıq həbs qətimkan tədbiri seçilib.
A.Məmmədov bildirib ki, hadisə zamanı hüquqlarını müdafiə etdiyi şəxs təsadüfən "Bulaq” restoranında olub: "Bəhruz Rəfiyev restoranda nə dalaşıb, nə də söyüş söyüb. O, heç kimi vurmayıb. Bəhruz əlindən güllə yarası alıb”.
Qeyd edək ki, cinayət hadisəsi aprelin 20-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən "Bulaq” restoranında baş verib. Hadisə zamanı Fuad Əkbərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və B.Rəfiyev tutulub. Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.
Fotodakı barəsində həbs qətimkan tədbiri seçilən şəxslərdən olan Bəhruz Rəfiyevdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiyalar bu tarixdə ödəniləcək
00:59 03.11.2026
Cəmiyyət
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm