Rəsul Çunayev uduzdu - YENİLƏNİB





Azərbaycanın yunan-Roma güləşçisi Rəsul Çunayev (71 kq) IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazana bilməyib.

Sherg.az Trend-ə istinadən xəbər verir ki, final uğrunda mübarizədə güləşçimizin rəqibi İran təmsilçisi Gerayi Məhəmmədəli olub.

R.Çunayev rəqibinə 6:5 hesabı ilə məğlub olaraq finala vəsiqə qazanmaq şansını itirib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

---------

10:16

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlara start verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan güləşçisi Rəsul Çunayev (71 kq) mübarizəyə 1/4 finaldan qoşulub.

O, Əlcəzair güləşçisi Akrem Budjemlinlə qarşılaşıb. R.Çunayev rəqibini 8:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.