"Reuters": Azərbaycanın islahatlara ehtiyacı var
10:55 04.02.2016
Arxiv
744
Beynəlxalq Valyuta Fondu (BVF) fevralın 3-də Azərbaycanı qiymət artımına, büdcə gəlirlərinə və manat məzənnəsinə mənfi təsir göstərmiş qlobal xam neft qiymətlərinin aşağı düşməsinə davam gətirmək üçün islahatlar aparmağa və öz iqtisadiyyatını şaxələndirməyə çağırıb.
APA-nın xəbərinə görə, "Reuters" agentliyinin məlumatında bildirilir ki, təxminən 10 milyon əhalisi olan bu Qafqaz ölkəsinin illik gəlirlərinin formalaşmasında neft və qaz ixracı önəmli rol oynayır. Neftin qiymətinin qəfil düşməsi manatın məzənnəsinin enməsinə və bundan əlavə, dövlət büdcəsinin üzərinə düşən təzyiqin artmasına səbəb olub.
"Azərbaycan 2015-ci ildə ümumdaxili məhsulun 3,3 faiz artımını nəzərdə tutsa da, 2014-cü ildə 2,8 faiz artımla müqayisədə, yalnız 1,1 faizlik artıma nail olub.
BVF-nin faktların tədqiqi missiyasının rəhbəri Məhəmməd əl-Qorçinin bəyanatında bildirilib ki, yaxın gələcəyin proqnozlaşdırılması, iqtisadi inkişaf və ödəniş balansının təzyiqlərinin dövlət orqanları üçün əsas çətinliklər kimi qalacağı ehtimal olunur.
Bununla belə, dövlət orqanları bu çətinliklərin öhdəsindən gəlmək üçün hazır vəziyyətdədir, bu şərtlə ki, onlar əlavə olaraq cavab tədbirlərini və Azərbaycanın mühüm ehtiyatlarını gücləndirsinlər".
Məlumatda qeyd olunur ki, əgər hökumət əvvəlki büdcədə neftin bir barelinin qiymətini 50 dollara nəzərdə tuturdusa, bu qiymət artıq 25 dollara endirilib. Bundan əlavə, əvvəlki 3,3 faizdən fərqli olaraq, 2016-cı il üçün illik inflyasiya normasına da yenidən baxılıb və bu göstərici maksimum 10-12 faiz səviyyəsində proqnozlaşdırılıb.
Ancaq bu və digər düzəlişlər parlament tərəfindən hələ təsdiqlənməyib.
"BVF bəyanatında bildirib ki, valyuta məzənnəsinin elastikliyinin təmin edilməsi üçün valyuta siyasətinin əsas prinsiplərinin möhkəmləndirilməsi, maliyyə sektorunun gücləndirilməsi və struktur islahatları vasitəsilə çoxillik vergi-büdcə konsolidasiya planının tərtib edilməsi Azərbaycanın həyata keçirdiyi siyasətin əsas prioritetləri sırasındadır.
BVF Azərbaycan hökumətinin layihənin səmərəliliyinə əlavə diqqət yetirməklə, 2016-cı ildə dövlət kapital qoyuluşunu daha sabit səviyyəyə qədər azaltmaq niyyətini dəstəkləyib.
Fond Bakıya səfərinin məhz araşdırma məqsədi daşıdığını və BVF-nin rəhbərliyi səviyyəsində müzakirənin aparılması ilə nəticələnməyəcəyini bildirib", - deyə "Reuters" yazır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat