Ronaldo: “Onlar məni küçədə saxlayır, “Real”a qayıtmağımı istəyirlər”
19:13 03.05.2019
Arxiv
667
"İspaniyalılar mənə yaxşı münasibət bəsləyirdilər. Bunu unutmayacağam”.
ONA-nın məlumatına görə, bunu Portuqaliya millisinin və İtaliyanın "Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo deyib.
Əfsanəvi hücumçu sabiq komandası "Real”ın azarkeşlərinin onu hələ də unutmadığını bildirib: "Mən irəli alnıaçıq gedirəm. Həyatım açıq kitabdır. Madriddəki insanlar məni sevirlər. "Real” azarkeşləri bilirlər ki, mən bu kluba çox şey vermişəm. İnsanlar məni küçədə saxlayır, "Real”a qayıtmağımı istəyirlər. Onlar "bu sənin evindir” söyləyirlər. Bunu eşitməkdən həqiqətən də xoşum gəlir”.
K.Ronaldo heç də hamı tərəfindən sevilmədiyini və bəzilərinin onun uğursuzluqlarını gözləməsindən də danışıb: "Eyni zamanda, insanlar həmişə mühakimə eləməyə hazırdırlar. Onlar bir neçə futbolçunun 33, 34, 35 yaşında olmasını əsas gətirərək, karyerasına son qoymağı "tələb edirlər”. Amma mən hamını təəccübləndirmək istəyirəm. Onlar məni heç bir problem yaşamayan, pula görə heç vaxt üzülməyən bir insan kimi görürlər. Elə bilir ki, maliyyə bütün problemləri həll edir. Düşünürlər ki, pulunuz varsa, həyatınızın müəyyən anlarını yaşamamısız. Onlar penaltini vura bilməyəcəyimi, vacib matçda pis oynayacağımı gözləyirlər. Bu, həyatdır, mən də ona hazıram”.
Qeyd edək ki, Ronaldo 2009-18-ci illərdə çıxış etdiyi "Real”ın heyətində 4 dəfə Çempionlar Liqasının qalibi olmaqla, ümumilikdə 15 titul qazanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm
1875-dən 2026-ya uzanan yol: Zərdabinin çırağı hələ də yanır
17:32 22.07.2026
Media
Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama
17:15 22.07.2026
Dünya
Berlin Azərbaycanın sülh gündəminə dəstək verir - ŞƏRH
17:14 22.07.2026
Gündəm