“Rövşən İsak qadınla davranış qaydalarını öyrənə bilməyib”
21:07 16.11.2017
Arxiv
1593
Natəvan Əfəndiyeva: “O, yaxşı rejissor ola bilər, amma mədəniyyət baxımından dünya görüşü çox dayazdı”
"Vicdan haqqı”nın ətrafında baş verən qalmaqallar, söz-söhbətlər səngiməyib. Bu dəfə gənc aktrisa Natəvan Əfəndiyeva serialdan uzaqlaşıb. O, bu haqda mətbuata özü məlumat verib. Natəvan Əfəndiyeva serialdan getməsi barədə "Şərq”ə bunları söylədi:
"Əslində bu barədə danışmaq istəmirəm. Bəzən həyat insana daha kəskin üzlərini göstərdiyi kimi insanların da gerçək simalarını, daxili aləmlərini tanıtmağa kömək edir. Görünür, gənc olduğum üçün hər kəsə təmiz insani dəyərlərlə yanaşıram. Rövşən İsakı mən atam kimi dəyər verərək tanımaq istəmişdim. Bəzi gerçəklər mənim yanıldığımı göstərdi. Təəssüf edirəm ki, onu tanıya bilməmişəm. Heç vaxt ona hörmətsizliyim olmayıb. Hər zaman böyüyə hörməti saxlamışam. Çəkiliş zamanı bəzi qüsurlar oldu, danmıram. Səbəb də mənə mətni gec təqdim etdikləri idi. Çəkiliş meydançasında tam hazır deyildim. Rövşən İsak mənə iradlarını bildirdi. Aramızda mübahisə yarandı. Yenə də çəkilişə gəldim. Yenidən çəkilişə gələndə məni danladı. Bununla kifayətlənməyib mənə qarşı kobudluq edərək qolumdan tutub məni sürütləyib. Bu, hamının gözü önündə baş versə də, hamı susur. Başa düşürəm ki, heç kim başını ağrıtmaq, işindən olmaq istəmir. Amma bir qadına qarşı bu qədər kobudluq etməyə kimsənin haqqı yoxdu. Rejissor çəkiliş meydançasında söz sahibi ola bilər, amma bu ona haqq vermir ki, aktyoru təhqir etsin, ona qarşı fiziki zor tətbiq etsin. Görünür, Rövşən İsak qadınla davranış qaydalarını öyrənə bilməyib. O, yaxşı rejissor ola bilər, amma mədəniyyət baxımından dünyagörüşü çox dayazdı. Yenə deyirəm, başqa heç nə danışmaq istəmirəm. Çünki mən özümə hörmət etməyi bacaran insanam. Serialdan getdim. Peşman da deyiləm. Bu ölkədə təkcə Rövşən İsak serial çəkimir ki. Bir də mən serialdan gedən ilk aktrisa deyiləm. Məndən əvvəl də serialdan əməkdar artist Kəmalə Müzəffər getdi. Deməli, rejissorda problemlər var. O, aktyorlarla işləməyi bacarmır. Mən bundan artıq heç nə danışmaq istəmirəm. Yaradıcı insan ən azı dərin mədəniyyətə sahib olmalıdı. Görünür, Rövşən İsakın psixoloji problemləri olduğu üçün aktyorlarla hər dəfə gərginliyi yaranır. Bir az əsəblərini müalicə etsin, sonra çəkiliş meydançasına gəlsin”.
Tahirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə