Rövşən Lənkəranskinin düşmənlərinə qarşı birləşdilər




Berlində azərbaycanlı "qanuni oğru" Rövşən Canıyevin (Lənkəranski) düşmənlərinə qarşı türk və çeçen mafiya klanları birləşib. Lent.az xəbər verir ki, bu barədə sputnik-ə kriminal aləmə yaxın olan mənbə məlumat verib.
Klanların birləşməsi Rövşən Lənkəranskinin yaxın dostu və Avropa "obşakı"na (xəzinəsinə) nəzarət edən çeçen Həmzət Qastamirovun (Şeyx Həmzət) təşəbbüsü ilə baş verib. Şeyx Həmzət qüvvələrini son illər Almaniyada yaşayan mafioz klanın lideri Bülənt Bafralı və cinayətkar aləmdə nüfuzlu olan Sedat Şahinlə birləşdirib.