Rövşən Rzayev Sumqayıtda məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olub
13:21 03.08.2018
Arxiv
672
Avqustun 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Sumqayıtda yerləşən yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə maraqlanıb.
"Sherg.az"ın xəbərinə görə, məcburi köçkünlər qəzalı vəziyyətə düşmüş binalarda uzun illərdir qarşılaşdıqları çətinliklər barədə danışıb, qayğı və problemlərindən söz açıblar.
Komitə sədri onları diqqətlə dinləyib, suallarını cavablandırıb, müraciətlərinə baxılacağını və mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcəyini bildirib.
Görüşdə qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri də məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Bu sahədə layihələrin icrasına Birinci vitse-prezident xanım Mehriban Əliyeva da böyük diqqət göstərir. Hazırda Bakı və Sumqayıtda qəzalı binalarda, həyat üçün təhlükəli şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi barədə verilmiş tapşırığın yerinə yetirilməsi üçün ardıcıl və məqsədyönlü iş aparılır. Dövlətimizin başçısının tapşırığı əsasında Sumqayıt şəhərində və Abşeron rayonu ərazisində də məcburi köçkünlər üçün yeni yaşayış binaları inşa edilir və onların tikintisi başa çatmaq üzrədir. Sumqayıtda və şəhərin ətrafında müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayan məcburi köçkünlərin həmin binalardakı mənzillərə köçürülməsi nəzərdə tutulub.
Komitə sədri görüşdə qaldırılmış məsələlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib. Görüşdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya