Rüfət Quliyev:"...bütün ölkənin enerjisiz qalması ciddi məsələdir" - Cəzalanacaqlar
11:57 09.07.2018
Arxiv
1551
"Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş verən qəzadan sonra enerji sistemində yaranan problemlərə böyük diqqət edilməlidir”.
Bunu "Sherg.az”a Azərbaycanın qonşu ölkələrdən enerji alınmasını dayandıraraq, özünün enerji təminatını bərpa etməsindən danışarkən millət vəkili Rüfət Quliyev söyləyib.
Parlamentari diqqətə çatdırıb ki, yalnız bir blokda yaranmış problemə görə, bütün ölkənin enerjisiz qalması ciddi məsələdir:
"Bir stansiyanın bir blokunda baş verən qəzaya görə, bütün ölkənin enerjisi iflic vəziyyətə düşə bilməzdi. Deməli, bu hadisənin arxasında böyük boşluqlar var. Buna görə, ölkə başçısı, Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Komissiyası yaradılıb. Aidiyyəti dövlət strukturları nümayəndələrinin iştirakı ilə yaradılan komissiya bu işə dərindən baxacaq. Təbii ki, günahkarların adları çəkiləcək, hadisənin səbəbləri müəyyən olunacaq. Ən vacib məsələ isə budur ki, oxşar problemlər təkrarlanmasın deyə, preventiv addımlar atılacaq".
Deputatın sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi (FHN) "Azərenerji” ASC-yə dəfələrlə məktub ünvanlayıb ki, sistemdə çatışmazlıqlar var. Bunların aradan qaldırılması vacibdir:
"Əfsuslar olsun ki, "Azərenerji” bu məktublara reaksiya verməyib. Bu isə ikinci mənfi haldır. Çünki digər dövlətlərdə FHN elə strukturdur ki, bu qurumun tək bir işarəsi dövlət qurumlarında, eləcə də qeyri-dövlət strukturlarında ciddi reaksiyalar doğurur.
Qəzanın səbəbləri üzə çıxandan sonra günahkarlar ifşa olunacaq. Bu siyahının uzun olacağını düşünürəm. Çünki yaranmış problem zəncirvarı prosesdir. Ölkə başçısı isə hansı formanı uyğun bilərsə, o tərzdə də cəzalandırma tətbiq oluncaq".
Qeyd edək ki, Azərbaycan Gürcüstandan elektrik enerjisinin idxalını dayandırıb. "Azərenerji” ASC-nin məlumatına görə, hazırda enerji sisteminin dayanıqlı işi və respublikanın etibarlı elektrik enerjisi ilə təchizatı tam təmin edilir.
Aysel Aslan, Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region