Ruhani Avropanı fəth etməkdədir: Fransa ilə 20 saziş imzalandı
19:59 28.01.2016
Arxiv
885
İran prezidenti Həsən Ruhaninin Fransaya səfəri çərçivəsində Paris və Tehran arasında müxtəlif sahələri əhatə edən 20 saziş imzalanıb.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Fransanın "Total” neft-qaz şirkəti xam neftin alışına dair İranın "NIOC” şirkəti ilə saziş imzalayıb.
"Airbus” şirkəti "Iran Air” aviaşirkəti ilə İrana 118 sərnişin təyyarəsinin tədarükünə dair saziş imzalayıb. Bundan başqa, İran "Airbus” şirkəti ilə aviasiya sahəsində əməkdaşlığa dair müqavilə imzalayıb.
"Vinci” şirkəti İran tərəfi ilə Məşhəd və İsfahandakı hava limanlarının yeni terminallarının tikintisi və istismarı ilə bağlı saziş imzalayıb.
"Bouygues” şirkəti isə Tehrandakı "İmam Xomeyni” hava limanının yeni terminalının inkişafı layihəsi üzrə razılaşma əldə edib.
İmzalanan sazişlərin ümumi dəyəri barədə məlumat verilmir.
Qeyd edək ki, Həsən Ruhanin rəhbərlik etdiyi nümayəndə heyəti Fransada ikigünlük rəsmi səfərdədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi