Rus baş redaktor erməniləri ifşa etdi

“Bir xalqın tarixini ədəbiyyat nümunələri müəyyən edir, amma ermənilərdə bu sadəcə olaraq yoxdur”
Akif Nağı: “Ruslar ermənilərə demək istəyirlər ki, “sizin dövlətinizi biz yaratmışıq, ABŞ və Avropa ölkələri deyil”



"Ermənilər unutmamalıdır ki, Rusiya olmasaydı, onları öz qonşularından heç kim qorumazdı”. Bu açıqlama ilə "Reqnum” informasiya agentliyinin baş redaktoru, daima Kremlə və ermənilərə yaxınlığı ilə seçilən Modest Kolerov çıxış edib. O, Ermənistanda Rusiyaya qarşı olan mitinqlərə sadəcə tarixi xatırlatmaqla cavab verib:

"Deputat Jirinovski havayı yerdən ermənilərə deməmişdi ki, rus qazı ermənilərin xoşuna gəlmirsə, qoy onda gedib peyin yandırsınlar. 70-ci illərdə ermənilər İrəvanın tarixindən müsəlman keçmişini silmək üçün Sərdar sarayını dağıtdılar. Bir xalqın tarixini ədəbiyyat nümunələri müəyyən edir, amma ermənilərdə bu sadəcə olaraq yoxdur. Öz mətbəxlərini isə tamamilə azərbaycanlılardan götürərək, hətta adlarını dəyişməyərək lülə-kabab, basdırma, bozbaş, dolma, kabab, düşbərə, piti kimi eyni saxlayıblar. Tarixi sənədlərdən göründüyü kimi, İrəvanın sadəcə 500 yaşı var və o, 1918-ci ildə məhz Rusiyanın köməkliyi ilə Ermənistanın paytaxtı olub. Buna qədər isə həmin ərazi İrəvan xanlığının mərkəzi idi”. Kolerov deyib ki, tarix hələ də heç bir erməni imperiyası tanımır: "Əgər 1918-ci ilə qədər Qafqazda erməni dövləti olubsa, o zaman onun hara itməsindən tarixçilər indiyə qədər baş çıxara bilmir. Ermənilər 19-cu əsrdə meydana çıxan Xaçatur Abovyana qədər heç bir yazıçıya sahib deyildilər. Yüzillər ərzində xalqı idarə edənlər zorla ermənilərin başına yeridirlər ki, "siz ən qədim və ağıllı xalqsız”, amma özləri Ermənistandan qaçaraq, sərhədlərini ruslardan qorumağı xahiş edirlər. Rusiyada əlyazmalar yanmır. Bunu ermənilərə daima xatırlatmaq lazımdır ki, dünyanı özlərinə güldürməsinlər”. Xatırladaq ki, Modest Kolerov müəyyən söz-söhbətdən sonra feysbuk səhifəsində paylaşdığı statusu götürüb və fikirlərin ona məxsus olmasını təkzib edib. M.Kolerovun sonrakı statusu isə belə olub: "yalnız ağılsızlar bu fikirlərin mənə aid olduğuna inana bilərlər”.

Rus jurnalistin ermənilərlə bağlı etirafını dəyərləndirən QAT sədri Akif Nağı "Şərq”ə deyib ki, Rusiya cəmiyyəti ermənilərin iyrənc hərəkətlərindən, intriqalarından əziyyət çəkməyə başlayıb: "Rus siyasətçiləri, iş adamları və jurnalistlər nankor ermənilərin iç üzünü aydın şəkildə görürlər. Tarix boyu Rusiya qədər ermənilərə yaxşılıq edən başqa ölkə olmayıb. Ancaq ruslar bunun əvəzində ermənilərdən sadəcə pislik, namərdlik və xəyanət görüblər. Jirinovski də bir neçə gün əvvəl haray çəkərək ermənilərin Rusiya KİV-lərini ələ keçirdiyini etiraf etmişdi. Ermənilər təkcə rus mətbuatına deyil, digər mühüm sahələrə də nüfuz ediblər. Haqlı olaraq Rusiya ictimaiyyəti bundan narahatlıq duyur və az-çox obyektivlik hissinə malik olan ziyalılar, jurnalistlər ermənilərlə bağlı reallığı çılpaq şəkildə dilə gətirirlər. Kolerov da məcburiyyət qarşısında həqiqəti deməyə məcbur olub. Bilirsiz ki, Ermənistanda siyasi maraqlar parçalanıb. Rusiya ilə yanaşı, Qərbi müdafiə edən erməni siyasilər də meydana çıxıb. Moskvanı qıcıqlandıran da məhz bu amildir. Ruslar ermənilərə demək istəyirlər ki, "sizin dövlətinizi biz yaratmışıq, ABŞ və Avropa ölkələri deyil”.

İsmayıl