Rus pilotun ölümündə təqsirləndirilən türkə 5 İL HƏBS




Rusiyanın Su-24 təyyarəsinin pilotu Oleq Peşkovun ölümündə şübhəli bilinən Alparslan Çelik 5 il müddətinə həbs edilib.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, müvafiq qərara səbəb A. Çelikin qeyri-qanuni silah saxlaması olub.

A. Çelikin vəkilinin bildirdiyinə görə, Çelikin rusiyalı pilotun ölümündə əlinin olması ilə bağlı istintaq davam edir.

Xatırladaq ki, Su-24 Türkiyənin F-16 təyyarəsi tərəfindən vurulub. Ekipaj katapult edə bilsə də, silahlılar paraşütlə enən O. Peşkova atəş açıblar və nəticədə o ölüb.