"Rusiya diplomatları Ermənistana dəstəkdən əl çəkmək istəmirlər" - Şərh
10:57 06.06.2018
Arxiv
674
"Biz Mariya Zaxarovadan qondarma Dağlıq Qarabağ rəhbərliyinin danışıqlarda iştirakı ilə bağlı səsləndirdiyi ilkin fikrinə qayıtmağı tələb edə bilmərik”.
Bu barədə "Sherg.az”a "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, rusiyalı rəsmilərin mövqeyində dəyişiklik etməsi onların hüququdur:
"Rusiya XİN rəsmisi əvvəlcə dedi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar formatının dəyişməsi qeyri-konstruktiv yanaşmadır. Bəzilərimiz bunu belə qələmə verdik ki, rusiyalı diplomat Ermənistanın baş naziri Nikol Paşinyanın "danışıqlarda Dağlıq Qarabağ təmsilçiləri də iştirak etməlidir” fikrinə etiraz edib. Ancaq daha sonra Rusiyanın XİN-nin saytında həmin rusiyalı diplomatın sözləri korrektə edildi. Bu, onların hüququdur. İndi necə tələb edə bilərik ki, ilkin fikrə qayıtsınlar. Nəzərə almalıyıq ki, Rusiya Ermənistanın dəstəkçisidir. Bu siyasəti necə dəqiqləşdirə bilərik?”
Azərbaycan XİN-in məsələyə münasibət bildirdiyini xatırladan E.Şahinoğlu bundan sonra məsələyə nöqtə qoyulmasının tərəfdarıdır:
"Həmin diplomatın nə deməsindən asılı olmayaraq onun rəhbəri işçisinin sözlərinə düzəliş verdi və Ermənistana işarə edə biləcək tənqidi fikirlər çıxardıldı. Son söz hər yerdə rəhbərindir. Həmin diplomat da rəhbərinin düzəlişinə etiraz etməyib. Azərbaycan XİN sözçüsü də bu mövqeyin anlaşılmaz olduğunu vurğuladı. Bununla məsələyə nöqtə qoymaq olardı.
Rusiya rəsmiləri və diplomatları Ermənistana dəstəkdən əl çəkmək istəmirlər. Bunu zorla dəyişəsi deyilik ki ? Rusiya önəmli ölkədir və bölgəyə təsir imkanları böyükdür, ancaq bu o demək deyil ki, boynumuz bütün günü şimala doğru istiqamətlənərək bütün günü "görəsən indi nə deyəcəklər” sualı üzərində baş sındırmalıyıq"
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol