Rusiya Krımda desant təlimlərinə başladı






Rusiya Krımda hərbi təlimlərə başlayıb.
Axar.az xəbər verir ki, bunu barədə informasiyanı Qara Dəniz Donanması yayıb. Təlimlər desant qüvvələri üçün nəzərdə tutulub.
Qeyd edək ki, Krım Cənub Hərbi Dairəsinə daxildir. Yarımada ilə yanaşı, Qafqaz cəbhəsi də bu dairəyə aiddir. Rusiya bir müddət öncə məhz bu dairədə aktiv hərbi təlimlərə başlayıb.