Rusiya o ölkəyə xüsusi təyinatlılarını yeridir





Rusiya müxaliflərə qarşı mübarizə aparmaq üçün Suriyaya xüsusi təyinatlı qüvvələr göndərməyə hazırlaşır.
Axar.az xəbər verir ki, bu sözləri adı çəkilməyən rusiyalı diplomat "Əl-Cəzirə”yə açıqlamasında deyib.
O bildirib ki, Rusiya rəsmi dairlərində Suriyada quru əməliyyatlarının təşkil edilməsi ilə bağlı hazırlıqlar aparılır.
Qeyd edək ki, bəzi xarici media orqanları da Rusiyanın Suriyada quru əməliyyatları həyata keçirəcəyini bildirir.