Rusiya rəsmisindən həyacan təbili: “Yaxın Şərqdə yeni müharibə başlaya bilər”

Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın Yaxın Şərqə "Patriot” batareyaları, pilotsuz təyyarələr göndərməsi qərarına münasibət bildirib.
Sherg.az Rusiya KİV-ə istinadən bildirir ki, Ryabkov deyib ki, Amerika İranla bağlı vəziyyəti məqsədli olaraq gərginləşdirir. ABŞ-ın İrana qarşı təzyiqlərinin davam etdiyinə diqqət çəkən Ryabkov qeyd edib ki, iki ölkə arasındakı gərginliyin azaldılması üçün siyasi və diplomatik vasitəçiliyə ehtiyac var: "Əks halda regionda yeni bir müharibə yaşana bilər. Bu isə qəbuledilməzdir”.
Anar